Stavropol vilayətinin Yol polisi idarəsinin rəisi Safonovun evinin görüntüləri mətbuatda yayılar-yayılmaz şoka səbəb oldu: Qızıl saray.

Stavropol vilayətinin yol polisi idarəsinin rəisi Aleksey Safonovun həbsinin səbəbləri məlum  olub-  o və 40 nəfər iş yoldaşı cinayətkar qrup təşkil etməkdə şübhəli bilinirlər.

Müstəntiqlərin verdikləri ilkin açıqlamalara görə, Stavropol vilayətinin yollarındakı rüsumlar həddini aşıb – yalnız taxıl daşıyan yük maşınlarının yoldan keçməsi üçün “sürücülər”dən təxminən 19 milyon rubl – 258 780 min dollar alıblar.

Rusiya Qvardiyası döyüşçülərinin, Daxili İşlər Nazirliyinin “təhlükəsizlik işçilərinin” və Şimali Qafqaz Federal Dairəsi baş ofisinin işçilərinin köməyi ilə Safonov həbs edilib.

Safonovun malikanəsinin mətbuatda yayılan fotoları isə ictimaiyyəti şoka salıb. Çünki malikanənin daxili açıq şəkildə saraya bənzəyir. Qızıldan unitaz, freskalar və qapılar, hətta tavan boyası muzeyi xatırladır. Dəhliz belə imperatorluq otağına bənzəyir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button