Təhsil naziri: “Özəl bağçaların artmasını hədəfləyirik”

“Bağçalara uşaqların cəlbinin icbariliyi yaxın gələcək üçün mümkün deyil”. Bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Nazir qeyd edib ki, uşaqların bağçalara gəlməsini çoxaltmaq əsas istəkdir: “Özəl bağçaların artmasını hədəfləyirik”.

Qeyd edək ki, bir müddət əvvəl Bakı Şəhər İcra Hakimiyyəti, ölkə başçısının tapşırıqlarına uyğun olaraq, Bakı şəhərinin məktəbəqədər tərbiyə müəssisələrinə uşaqların qəbulunda şəffaflığın təmin edilməsi ilə bağlı uşaq bağçalarına uşaqların qəbuluna dair elektron xidmətin yaradılması işlərini başa çatdırıb. Artıq valideynlər evdən çıxmayaraq, innovativ əlavənin köməyi ilə bağçalarda boş yerlər barədə asanlıqla məlumat əldə edərək öz övladını paytaxtın uşaq bağçasına qeydiyyata aldıra bilərlər.
Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi tərəfindən pilot layihə kimi seçilən Nizami rayonunda bütün hazırlıq və təşkilati işlər həyata keçirilib. Bağçalara uşaq qəbulunun elektron qaydada həyata keçirilməsi üçün “bakibagcayaqebul.edu.az” saytı yaradılıb və istifadəçiləri maraqlandıran bütün suallar, o cümlədən qeydiyyatdan keçmə qaydası, məlumatların daxil edilməsi, uşaqların müəssisələrə qəbulu ilə bağlı sualların cavabları bu saytda yerləşdirilib. Saytın istifadəyə verilməsi üçün sınaq testləri keçirilib və sayt avqust ayının 2-dən saat 9:00-dan etibarən fəaliyyətə başlayacaq.
Valideynlər sayta daxil olaraq, müəssisənin adı yazılmış xanaya toxunmaqla müəssisədə övladının yaşına uyğun boş yerlər barədə məlumatı əldə edə biləcək, boş uşaq yeri olmadıqda vətəndaşa əraziyə yaxın 5 bağçada növbəyə dayanmaq seçimi təklif ediləcək.
İlk gündən etibarən prosses zamanı vətəndaşların qarşılaşdıqları problemlərin operativ həlli, qarşıya çıxan sualların cavablandırlması, mübahisəli məqamların aydınlaşdırılması ilə bağlı iş günləri saat 09:00-dan 18:00-a kimi “22-24” nömrəli “qaynar xətt” fəaliyyət göstərəcək və onun fəaliyyəti üçün elektron xidmət qrupu yaradılıb.
Elektron qəbul sistemi iş prosesində qarşıya çıxan nöqsanlar, rəylər və təkliflər əsasında təkmilləşdiriləcək, Nizami rayonunda layihənin tətbiqindən sonra mərhələli şəkildə digər rayonlarda da elektron qəbul sisteminin tətbiqi həyata keçiriləcək.

 

Xural.com

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button