Tağı Əhmədov yayılan xəbərlərə açıqlama verib

Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov DTX-nın hospitalına yerləşdirilib.

KİV də yayılan məlumatlarda bildirilir ki, Tağı Əhmədovun ürəyində ciddi narahatlıq yaranıb.Daha sonra isə o,DTX Hospitalının Kordiologiya şöbəsinə yerləşdirilib.

Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovun özü isə bu xəbərlərə açıqlama verib ki, “İşdəyəm, səhhətim də yaxşıdır”. O qeyd edib ki, onun heç vaxt ürək problemi olmayıb: “Cüzi ayaq ağrıları var, o da keçib gedəndir”.

Qeyd edək ki, 1948-ci il təvəllüdlü Tağı Əhmədov 2014-cü ildə Bakı Metropoliteni QSC-nin sədri vəzifəsindən azad edilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button