Tağı Əhmədovu da tərifləyən tapıldı- JURNALİSTİN ONUN BARƏSİNDƏ MƏDHİYYƏ YAZMASI TƏƏCCÜBLƏ QARŞILANIB (FOTO)

“Bakı Metropoliteni”nin sabiq sədri Tağı Əhmədov bu günlərdə özünün 70 illik yubileyini qeyd edib. Yubiley mərasimində Tağı Əhmədovun yaxınları, dostları ilə yanaşı, bir neçə jurnalistin də iştirak etdiyi bildirilir.

Tağı Əhmədovun bu yubiley mərasimində jurnalistlərdən İradə İsaq və onun həyat yoldaşı Yaşar İsakov da iştirak edib.

İradə İsaq Tağı Əhmədovun ad günü ilə bağlı özünün İnstagram səhifəsində paylaşım edərək, bir zamanlar jurnalistlərə qarşı kobud rəftarı ilə seçilən “Bakı Metropoliteni”nin sabiq sədrini xeyli mədh edərək, tərifləyib.

Qeyd edək ki, İradə İsaqın Tağı Əhmədovu mədh etməsi əksər jurnalistlər arasında heç də birmənalı qarşılanmayıb. Çünki Tağı Əhmədov “Bakı Metropoliteni”nin rəisi işlədiyi zamanlarda jurnalistlərə qarşı kobud rəfətarı ilə seçilən məmurlardan biri kimi yadda qalıb.(gununsesi.info)

 

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button