Taleh Bağırzadə: “Hakimiyyət öz xislətini göstərdi”

Xural.com azadlıq.info-ya istinadən xəbər verir ki, “Müsəlman Birliyi” hərəkatının sədri, 20 il azadlıqdan məhrum edilən və hazırda Qobustandakı qapalı həbsxanada saxlanılan ilahiyyatçı Taleh Bağırzadə altı nəfərin ölümünə, özü də daxil, 70-dən artıq insanın həbsinə səbəb olmuş Nardaran hadisələrinin iki ilinin tamam olması ilə əlaqədar fikirlərini bölüşüb. Yaxınları vasitəsilə ictimaiyyətə səslənən Taleh Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən polis əməliyyatı zamanı öldürülən yerli sakinlərin, həmçinin həbs olunanların günahsız olduğunu vurğulayır.

“26 noyabr bizim üçün şəhadət və mübarizə günüdür. 26 noyabrda biz rejim üzərindəmənəvi qələbəmizi çaldıq, hakimiyyət isə öz xislətini bütün çılpaqlığı ilə göstərmiş oldu. Şərəfli Azərbaycan xalqı bilsin ki, biz öz mübarizəmizi sonadək aparacağıq. Heç bir hədə, heç bir qorxu bizi öz yolumuzdan çəkindirə bilməz. Allahın izni iləAzərbaycan xalqının da mənfur rejim üzərində qələbə qazanacağı gün uzaqda deyil”, – deyə ilahiyyatçı bildirir.

Taleh Bağırzadə vəkili Yalçın İmanovun peşə fəaliyyətinin dayandırılması, onun Vəkillər Kollegiyasından çıxarılmasına da münasibət bildirib.

“Yalçın İmanov tək bizim vəkilimiz deyildi, həm də gözəl dostumuz və sirdaşımız idi. O, adını Azərbaycanın hüquq tarixinə qızıl hərflərlə yazdırmış şəxsiyyətdir. Onun vəkillik fəaliyyətinə son qoyulması isə hakimiyyətin bir daha haqq söz qarşısındakı acizliyini sübut etdi.  Yalçın bəy bizlər və bu xalq tərəfindən heç zaman unudulmayacaq”, – Taleh Bağırzadə vurğulayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button