“Taliban” hökuməti: “Kişilər və qadınlar fərqli günlərdə parka gedə bilərlər”

“Taliban” hökuməti qadın və kişilərin eyni vaxtda parklarda olmalarının qarşısını almaq üçün onların ayrılıqda həmin yerlərdə gəzə biləcəyi həftənin günlərini müəyyən edib.

Bu barədə ölkənin Fəzilətin Təşviqi və Əxlaqsızlığın Arındırılması Nazirliyi məlumat yayıb.

“Qadınlar istirahət və əyləncə yerlərini bazar, bazar ertəsi və çərşənbə axşamı günləri ziyarət edə bilər, kişilər üçün isə çərşənbə, cümə axşamı, cümə və şənbə günləri ayrılıb”, – “Taliban” bildirib.

Fərmana əsasən, qadınlar hicab taxmaq qaydasına riayət etməklə bu günlərdə parklarda əylənə bilərlər.

Eyni zamanda nazirlik ictimai istirahət yerlərini ziyarət edəcək “Taliban” tərəfdarlarına “hərbi geyimdə olmamağı və silah daşımamağı” tövsiyə edib.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button