TBMM sədri: “Ukraynadakı müharibənin uzanmasında maraqlı olan güclər var”

“Ukraynadakı müharibənin uzanmasında maraqlı olan güclər var”.

Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Ankarada keçirilən XIV səfirlər konfransında çıxışı zamanı deyib.

“Taxıl sazişi” Türkiyənin Ukraynadakı müharibə ilə bağlı humanist mövqeyinin təzahürüdür” – TBMM sədri vurğulayıb.

O bildirib ki, Ukraynadakı savaş təkcə siyasi məsələ deyil:

“Burada insanların taleyini düşünmək lazımdır. Ona görə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukraynadan olan həmkarları ilə telefonla danışaraq “Taxıl sazişi”ni bərpa etməyə çalışır”.

N.Kurtulmuş bildirib ki, Türkiyə regionda sülhün təmin olunmasına çalışır:

“Rusiya- Ukrayna məsələsindəki mövqeyimiz tarixi mövqeyidir. Bu müharibə əslində Rusiya ilə Qərb arasında müharibənin işartısıdır”.

TBMM sədrinin sözlərinə görə, sülhü istəməyən, müharibənin uzanmasında maraqlı olan güclər var.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button