Trampın reytinqi rekord səviyyədə aşağı düşdü

ABŞ prezidenti Donald Trampın reytinqi rekord səviyyədə aşağı düşüb.

CNN-in verdiyi xəbərə görə, onların SSRS mərkəzi ilə birlikdə keçirdikləri sorğunun nəticələrinə əsasən, D.Trampın fəaliyyətini respondentlərin cəmi 35 faizi dəstəkləyib.

Telekanal qeyd edir ki, bu göstərici ötən ilin dekabrında qeydə alınmışdı. 2018-ci ilin yanvarında 5 faiz artan reytinq bir ay sonra yenidən aşağı düşüb.

Trampın respublikaçılar arasında dəstəyi minimal səviyyəyə enib. Hazırda onun işini respublikaçıların 80% dəstəkləyir. Bundan əvvəlki antirekord 81% idi.

Demokratlar sırasında isə cəmi 5 faiz partiya üzvü dövlət başçısının fəaliyyətini dəstəkləyir.(virtualaz.org)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button