Transparency International Arif və Leyla Yunusu dərhal azad etməyə çağırır

Transparency İnternationalTransparency İnternational beynəlxalq korrupsiyaya qarşı mübarizə təşkilatı Azərbaycanın məşhur hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusu dərhal azad etməyə çağırıb.

xural.com-un contact.az-a istinadən verdiyi xəbərə görə, təşkilatın bəyanatında deyilir ki, beynəlxalq müşahidəçilər Bakıda “siyasi xarakter daşıyan” məhkəmə prosesi davam edərkən Leyla və Arifin vəziyyətinin ciddi şəkildə pisləşdiyini qeyd edir.

Leyla diabet, böyrək çatışmazlığından əziyyət çəkir və ciddi qaraciyər xəstəliyi var. Lakin hakimiyyət onu adekvat müalicə göstərilməsi üçün xəstəxanaya yerləşdirməyə imkan vermir. Buna görə onun vəziyyəti kəskin şəkildə pisləşib.

Onun həyat yoldaşı hipertoniyadan əziyət çəkir.

“Transparency International hesab edir ki, beynəlxalq standartlara cavab verən ədalətli məhkəmə üçün şərait olmaması fonunda onlar hər ikisi humanitar səbəblərdən azad edilməlidir”, deyə bəyanatda qeyd edilir.

Avropa və Mərkəzi Asiya üzrə regional direktor Ann Koç bununla əlaqədar bildirib:

“Hökumət Avropa İnsan Hüquqları Konvensiyasına sadiqliyini nümayiş etdirməli və Leyla və Arif Yunusu dərhal azad etməlidir”.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button