Türk ordusu Suriya sərhəddinə yeridildi

Türkiyə hərbi texnikaları və xüsusi təyinatlı qüvvələri Suriya ilə sərhəddə yerləşən Kilis vilayətinə yerləşdirilib.

Bu barədə DHA agentliyi məlumat yayıb.

Bildirilib ki, tankları, ağır artilleriyanı və hərbçiləri daşıyan 100 hərbi maşın artıq sərhədə çatıb və texnikanın bir hissəsi Suriyanın sərhəd ərazilərinə yerləşdirilib.

Xatırladaq ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bir müddət öncə YPG-nin nəzarətində olan Menbiçə əməliyyatın başladılacağı ilə bağlı xəbərdarlıq etmişdi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button