“Türk pilotlarının gözlərindən öpürəm”
“Əvvəlcə Silahlı qüvvələrimizlə qürur duyuruq. Əziz millətimizin də qürur duyması lazımdır. Onlar üzərlərinə düşən vəzifəni artıqlaması ilə yerinə yetiriblər. Nədir vəzifələri? Türk vətənini, Türkiyə sərhədlərini qoruyacaq, heş bir müdaxilə və pozuntuya fürsət verməyəcək. Bu gün saat 14.04-da Türkiyə sularında sərhədlərimizi pozan 5 dəqiqə müddətində hava məkanımıza soxulan vertalyot Cilvegözüdə vuruldu. Haqlı olaraq vəzifəsini yerinə yetirən, sərgədlərimizi pozan Suriya qüvvələrinə qarşı lazım olan təpkini göstərən Silahlı Qüvvələrimizi təbrik edirəm. Pilotlarımızın hamısının gözlərindən öpürəm. Əziz millətimiz bundan əmin olsun, Silahlı Qüvvələrimiz Türk millətinin haqq və hüququnu qorumaq üçün 24 saat vəzifə başındadır. Bundan sonra da vəzifəsini yerinə yetirməkdə davam edəcək. Hökümətimizin bu mövqeyi Silahlı Qüvvələrimizə də siyarət edib”. Reuters’ın xəbərinə görə, Suriya dövlət televiziyası, Türk qüvvələrinin Suriyaya məxsus vertalyotu vurması haqda yayılan məlumatların doğru olmadığını iddia edir. Suriya mətbuatı sərhəd yaxınlığında kiçik pilotsuz təyyarənin vurulduğunu bildirir.