Türkiyə Rusiyaya mal göndərməsə ildə 9 milyard itirəcək
Rusiyanın iqtisadi sanksiyalarına görə, Türkiyənin ildə nə qədər vəsait itirəcəyi bəlli olub.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Türkiyə baş nazirinin müavini Mehmed Şimşək Ankara iqtisadiyyatının 9 milyard itirəcəyini açıqlayıb.
Lakin Şimşək bildirib ki, Türkiyə Rusiya ilə münasibətləri gərginləşdirməkdə maraqlı deyil və Moskvaya hələ də vacib tərəfdaşı kimi baxır: «Böhranın əvvəlindən biz itkilərimizi araşdırmışdıq. Ən pis halda, Türkiyə 9 milyard itirəcək. Ümid edirəm ki, baş verənlərə baxmayaraq, dialoq olacaq».
Baş nazirin müavini turist sayının yarım milyonadək azaldığını və tikinti sektorunda da yavaşlama olduğunu qeyd edib.