Türkiyəyə göndərilən casus quş ələ keçirildi-FOTO
Türkiyə-Suriya sərhədində yerləşən İdlib şəhəri üzərində uçan quş ələ keçirilib.
Xural.com-un məlumatına görə, Turkustan.info Türkiyə mediasına istinadən xəbər verir ki, quşun üzərinə bərkidilmiş kamera ve çip aparatı aşkarlanıb.
Quşun her gün eyni bölgə üzərindən uçması diqqəti çəkib. Vurularaq düşürülən quşun və üzərindəkilərin İsrail mənşəli olduğu təsbit edilib. Quşu Türkiyənin dəstək verdiyi Azad Suriya Ordusunun əsgərləri zərərsizləşdirib.