Türkiyənin Ali Məhkəməsinin sədri və Baş prokuroru Naxçıvana səfər ediblər – YENİLƏNİB

Türkiyənin Ali Məhkəməsinin sədri Mehmet Akarca və Ali Məhkəmənin Baş prokuroru Bekir Şahin Azərbaycanın baş prokuroru Kamran Əliyevin dəvəti ilə Naxçıvan Muxtar Respublikasına işgüzar səfər ediblər.

“Report”un yerli bürosu xəbər verir ki, səfər çərçivəsində qonaqlar Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, önünə güllər düzüb, ehtiramlarını bildiriblər.

Sonra Azərbaycanın Baş prokuroru Kamran Əliyev, Türkiyənin Ali Məhkəməsinin sədri Mehmet Akarca, Ali Məhkəmənin Baş prokuroru Bekir Şahin və digər qonaqlar Heydər Əliyev Muzeyinə gedərək dahi şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

Daha sonra qonaqlar Türkiyə Cümhuriyyətinin banisi, qazi Mustafa Kamal Atatürkün Naxçıvan şəhərində ucaldılan abidəsini, Şəhidlər xiyabanını və xiyabanda Türk ordusunun şəhid olmuş əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə tər güllər qoyublar.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Türkiyənin Ali Məhkəməsinin sədri, Ali Məhkəmənin Baş prokuroru və digər rəsmi şəxslərin Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşü olub.

09.27

Bu gün Türkiyə Ali Məhkəməsinin sədri Mehmet Akarca və Ali Məhkəmənin Baş prokuroru Bekir Şahinin Naxçıvan Muxtar Respublikasına işgüzar səfəri başlayıb.

Səfər çərçivəsində qonaqlar Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə güllər düzüb, ehtiramlarını bildiriblər.

Sonra Azərbaycanın Baş prokuroru Kamran Əliyev, M.Akarca, B.Şahin və digər qonaqlar Heydər Əliyev Muzeyinə gələrək dahi şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button