Türkiyənin beyin mərkəzi: “Bakının Ankara-İrəvan dialoqunu dəstəkləməsi mühüm əhəmiyyət kəsb edir”

“Bakının Ankara və İrəvan arasında dialoq prosesinin uğurlu olmasını dəstəkləməsi mühüm əhəmiyyət kəsb edir”.

Bunu Tbilisidə keçirilən beynəlxalq təhlükəsizlik konfransında çıxış edən Türkiyənin EDAM beyin mərkəzinin rəhbəri Sinan Ülgen deyib.

Onun sözlərinə görə, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına yönələn formal dialoq hələ ki lap başlanğıc mərhələdədir: “Lakin hazırda qeyd olunmalı əsas məqam ondan ibarətdir ki, həm Ankara, həm də İrəvanda xoş məram var. Bakı da dialoq prosesinin uğurlu olmasının tərəfdarıdır”.

Ekspertin fikrincə, Türkiyə Ermənistanla münasibətlərinin olmamasını Qafqaz üzrə siyasətində boşluq kimi qəbul edir: “Ankara-İrəvan münasibətlərinin tam normallaşması Türkiyəyə bölgədə ambisiyalı diplomatik və iqtisadi rolunu tam yerinə yetirməyə imkan verəcək”.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button