Təyyarə quş sürüsünə çırpıldı
Türk Hava Yollarının TK 2000 saylı İstanbul -Nevşehir uçuşunu gerçəkləşdirən təyyarəyə eniş zaman quş sürüsü çırpılıb. Türkiyə bürosunun xəbərinə görə, qəza nəticəsində təyyarə ciddi xəsarət alıb. Pilotların məharəti nəticəsində təyyarə hava limanına enə bilib. Hazırda anqara çəkilən təyyarənin texniki yoxlaması və təmiri davam edir./olaylar.az