Ukrayna hərbçiləri Donetskin daha bir yaşayış məntəqəsini işğaldan azad edib

Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Strojevoe kəndini işğaldan azad edib. “RBK Ukraina” xəbər verir ki, bu barədə dəniz piyadaları korpusunun 35-ci əlahiddə briqadasından bildirilib.

Qeyd olunub ki, əməliyyat nəticəsində Rusiya ordusunun 50-yə yaxın hərbçisi məhv edilib, 4 nəfər əsir götürülüb.

Ukrayna Müdafiə Nazirliyi də bu məlumatı təsdiqləyib. Müdafiə nazirinin müavini Anna Malyar 35-ci əlahiddə dəniz briqadasına təşəkkür edib və işğal altındakı bütün torpaqların azad ediləcəyini bildirib.

Qeyd edək ki, daha əvvəl Donetsk vilayətinin Neskuçne, Blaqodatnı və Makarovka yaşayış məntəqələri da işğaldan azad edilmişdi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button