Ukraynalı diaspora sədri: “Krım tatarları ilə qardaşıq”

Yalçın Qəhrəmanoğlu

Azərbaycanlıların Ukrayna Diasporasının sədri

 

5 il öncə – “Şərəf, Ləyaqət İnqilabı”ndan sonra biz – Ukraynada yaşayan bir qrup azərbaycanlılar ikinci vətənimiz olan bu ölkənin ictimai-siyasi həyatına inteqrasiya etmək və bu proseslərdə qardaşlarımız – krım tatarlarının yanında olmağa qərar verdik. Atalarımız siyasi proseslərə çadırlarda başlamışdılar, biz isə bu proseslərə meyvə-tərəvəz bazasında başladıq.

Bu bazada və ümumiyyətlə, azərbaycanlıların çalışdığı meyvə-tərəvəz biznesində tanıdığım çox sayda savadlı, yüksək intellektual səviyyəyə malik və ən əsası, insani və mənəvi dəyərlərə sahib olan həmyerlilərimiz var. Yüz mindən artıq Ukrayna vətəndaşı olan azərbaycanlılar hal-hazırda passiv olsalar da, ümidvaram ki, yaxın zamanlarda aktiv siyasi proseslərə qoşulacaq, seçkilərdə fəal iştirak edəcək, hətta ətraflarında olan ukraynalıları və çalışdıqları kollektivlərdə olan digər millətlərin nümayəndələrini də seçkilərdə iştiraka cəlb edəcəklər.

Yaşasın Azərbaycan, yaşasın Ukrayna!

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button