Uşaq sığınacağında görüş-FOTOLAR

qht6Tanınmış Jurnalist və teleaparıcı Fərqanə Gülağaqızının təşəbbüsü “Sağlam düşüncəli Uşaq Sağlam gələcək deməkdir ” adlı lahiyə ilə bir çox həmkar dostları ilə Birgə Uşaq Birliyinin nəzdində fəaliyyət göstərən uşaq sığınacaq reinteqrasiya mərkəzində kimsəsiz uşaqları ziyarət ediblər. Fərqanə Gülağaqızının xural.com-a verdiyi məlumata görə, o tez-tez uşaqlar evini ziyarət edir . Ziyarət zamanı Fərqanə Gülağaqızının valideyn himayəsindən kənarda qalmış uşaqları xatırlamağı borc bildiklərini söyləyiblər. Onlar vurğulayıblar ki, bu tip Sosial Məsuliyyət yönümlü tədbirlərin keçirilməsində əsas məqsəd diqqət və mənəvi qayğıya ehtiyacı olan körpələrə sevinc və həyəcan bəxş etməkdir. Bunan əlavə Fərqanə Gülağaqızı saytımıza bildirib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli ictimai-siyasi, xeyriyyəçilik fəaliyyətinin əsas qayəsi kimsəsiz uşaqların xoşbəxtliyi, firavanlığı, bütövlükdə xalq və ayrı-ayrı insanlar üçün faydalı, xeyirxah işlər görməkdir. Zəngin və yorulmaz fəaliyyəti sayəsində vətəndaşlarımızın rifahı naminə irimiqyaslı layihələr həyata keçirən Mehriban xanım bu xeyirxah missiyanı yerinə yetirərkən nə vaxtını, nə də qüvvəsini əsirgəmir. Buna görə biz, ictimayyət adamları bü cür qayğı ilə kimsəsiz uşaqlara sahib çıxdıgı üçün Mehriban xanım Əliyevaya minnətdarlığımızı bildirib, bizdə belə layihələri həyata keçirib, kimsəsiz uşaqlara dəstək oluruq. Bu lahiyənin həyata keçməsində bizə yaxından dəstək olduğu üçün Uşaqlar Birliyinin nəzdində fəaliyyət göstərən uşaq sığınacaq reinteqrasiya mərkəzinin rəhbəri Kəmalə xanıma öz dərin təşəkürümü bildirəm. Daha sonra ərzaq və hədiyyələr uşaqlara paylanılıb, birgə xatirə şəkli çəkilib. Sonda Teleaparıcı Fərqanə Gülağaqızı bu tip tədbirlərin qocalar evində keçiriləcəyini söylədi.

xural.com

qht

qht2

qht3

qht4

qht5

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button