Vətəndaş Sərbəst hərəkət etmək istəyirsə vaksinasiya olunmalıdır

Daxili İşlər Nazirliyinin rəsmisi açıqlama verib: “Vətəndaş ölkə ərazisində sərbəst hərəkət etmək istəyirsə mütləq vaksinasiyadan keçməlidir”, “Xırda tutumlu ticarət obyektlərində isə COVID-19 pasportu tələb olunmur”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı onu da deyib ki, “Sentyabrın 1-dən birinci doza, oktyabrın 1-dən isə ikinci doza vaksinlə bağlı müəyyən olunan normalar onu göstərir ki, vətəndaş ölkə ərazisində sərbəst hərəkət etmək istəyirsə, o, vaksinasiyadan keçməlidir. Vaksinasiyadan keçən vətəndaş heç bir məhdudiyyətlə qarşılaşmır.

Bu, həm vətəndaşın tibbi sağlamlığını, həm də vətəndaşı qanunu pozmadan qoruyur”.

DİN rəsmisi qeyd edib ki, metroda indiki vəziyyət sabitdir: “Orada vaksinasiya ilə bağlı hər hansı bir tələb yoxdur”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button