Vergi uçotunda olmayanlar da vergi ödəyəcək

“İndiyədək demək olar ki, gəlirlərindən vergi ödəməyən müəyyən qrup fəaliyyətlə məşğul olanlar var ki, Vergi Məcəlləsinə yeni təklif olunan 101.6-cı maddəyə görə 2019-cu ildən həmin şəxslərin ümumi gəlirərindən də 2 faiz həcmində vergi alınacaq”. 

Strateq.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Rövşən Ağayev bildirib. O, qeyd edib ki, həmin kateqroyaya vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslər daxildir. “Daha dəqiqi, “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsi ilə məşğul olan aşağıdakı şəxslər”:

1)  kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu;
2) əlvan və qara metal qırıntılarının qəbulu;

3) utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu;
4) utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu.

Xeyli çətin görünən prosesdir, vergi ödəyici olmayan şəxslər, ələlxüsus Vergi Məcəlləsinin 16-cı maddəsi bu şəxslərə nağd pul hesablaşmaları aparmaq hüququ verib. Belə şəraitdə onlarınn gəlirləri necə müəyyən ediləcək? Digər tərəfdən, onlar xərcləri nəzərə alınmadan gəlirlərindən vergi tutulması nəzərdə tutulur. Halbuki bu fəaliyyətlərin hamısının xərci var. Xüsusilə də fermerlərdən məhsul alaraq bazarlarda satan xırda ticarətçilər şəxsi avtomobilllərinin yanacağı və təmiri üçün xeyli vəsait xərcləyirlər. Eyni vəziyyəti küçə-küçə dolaşaraq metal qırıntılar toplayanlara da aid etmək mümkündür”. 
Ekspert hesab edir ki, bu qəbildən olan fəaliyyətlərin gəlirlər əsasında vergiyə cəlbi çox qəliz və mürəkkəb görünür.
“Hamılıqla vergiyə cəlb olunmaq mərhələsi çatıb. Postneft dövrünün ayaq səsləri çox cingiltili gəlir…”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button