”Veteranlar təqaüdə çıxanda 56 manat müavinətin 18 manatı tutulur”

Parlamentdə əlillər və veteranlarla bağlı təkliflər səsləndirildi

Deputat Siyavuş Novruzov deyib ki, müharibə veteranları ilə bağlı müəyyən addımlar atılmalıdır.

“Qarabağa gedən yol Qarabağ əlillərinin sosial müdafiəsinin gücləndirilməsindən keçir. Dövlət rəhbərliyi ilə yanaşı özəl sektor da onların müdafiəsi istiqamətində addımlar atmalıdır. Əlillərin işə cəlb edilməsində Qarabağ əlilləri əsas rol oynamalıdır. Əgər Qarabağ əlili hansısa təşkilatda işləyirsə, ixtisarlar ən son onlara şamil olunmalıdır. Bura Əfqanıstan veteranlarını da şamil edirəm. Onların arasında əlillər, veteranlar, Qarabağ müharibəsində iştirak edənləri var ki, onların sosial müdafiəsi istiqamətində addımlar atılmalıdır”.

Deputat vurğulayıb ki, veteranlara 56 manat müavinət verilir, lakin onlar təqaüdə çıxdıqdan sonra həmin puldan 18 manat tutulur:

“Bu müavinət onlara avtobus, qaz, işıqdan pulsuz istifadənin ləğvindən sonra ayrılıb. Bunun təqaüdə nə aidiyyatı var? Məgər kimsə təqaüdə çıxanda həmin şəxslər veteranlıqdan çıxır?”

Veteranların mənzil şəraitinin yaxşılaşdırılmasına toxunan S. Novruzov söyləyib ki, Əfqanıstan veteranları da buradan kənarda qalmamalıdır.

Deputat Elmira Axundova təklif edib ki, I qrup əlilə ailə üzvlərindən biləvasitə qulluq edən insanlara həm əmək stajı hesablansın, həm də onlar müəyyən məbləğdə heç olmasa yaşayış minimumu həddində məvacib ala bilsinlər.

“Çünki məlumdur ki, belə insanlar yalnız xəstənin qeydinə qalmalı olduğundan başqa işlə məşğul ola bilmirlər. Əlil vəfat edəndən sonra isə ona uzun illər fədakarcasına qulluq edən yoldaşı, bacısı ya anası maddi dəstəkdən tamamilə məhrum olurlar, yeni iş axtarmaq, işə çıxmaq çoxu üçün artıq gec olur”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button