Viktor Yankoviç yenidən siyasətə qayıdır
Ukraynanın keçmiş prezidenti Viktor Yankoviç yenidən siyasətə qayıdır.
Ukrayna mətbuatı xəbər verir ki, Yankoviç RİA Novostiyə müsahibəsində siyasətə qayıtmaqla bağlı planlarından və ukraynalı siyasətçilərlə əlaqələrindən danışıb.
Yankoviç bildirib ki, siyasətə elə günü bu gün qayıtmaq istəyir:
«Xalqım üçün gücüm çatdığı qədər hər şeyi edirəm. Ukraynada təqib olunan və ölkədən kənarda yaşayan çox insana kömək edirəm. Nəyə imkanım çatırsa, o səviyyədə dəstək oluram».
Keçmiş prezident Ukraynada hazırda hökumətdə olan bəzi siyasilərlə münasibətlərini davam etdirdiyini də deyib:
«Bu gün onlar mənimlə təmas quranda bir il əvvəl olduğu kimi, çəkinmirlər. Artıq biz görüşəndə və nələrisə müzakirə edəndə özlərini rahat hiss edirlər».