Vilyam Hacıyev barəsində həbs qərarı çıxarıldı-İttihamlar məlum oldu

Məhkəmə İmişli rayonunun sabiq başçısı barəsində həbs qətimkan tədbiri seçib.

Xural.com xəbər verir ki, sabiq başçı Vilyam Hacıyev barəsibdə Dövlət Təhlükəsizliyi Xidmətinin təqdimatı ilə Səbail rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Məlum olub ki, Vilyam Hacıyevə qarşı Cinayət Məcəlləsinin bir neçə ağır maddəsi ilə ittiham irəli sürülüb.

V.Hacıyev rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif adlar altında pul tələb etməkdə, dövlət büdcəsindən təmir-tikinti, abadlıq işlərinə ayrılan vəsaitləri mənimsəməkdə, rayon ərazisində torpaq sahələrini özbaşına tutaraq şəxsi məqsədlər üçün istifadə etməkdə, ayrı-ayrı vətəndaşların adına açılmış əmək haqqı kartlarına köçürülən pulların nağdlaşdırılmasında suçlanır.

Ona qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma və mənimsəmə maddələri ilə ittiham irəli sürülüb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button