Vyanada ATƏT PA-nın 15-ci qış sessiyası işə başladı

1456383078423047108_1000x669

Bu gün Vyanada ATƏT Parlament Assambleyasının (ATƏT PA) 15-ci qış sessiyası işə başlayır.

ATƏT-ə üzv olan 57 ölkənin 300-dək parlamentarisinin iştirak etdiyi sessiyada Azərbaycanı Milli Məclis sədrinin müavini Bahar Muradovanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Xural.com azertag.az-a istinadən xəbər verir ki, sessiyanın rəsmi açılışı Hofburq Sarayının konqres mərkəzində olacaq. Açılış iclasında ATƏT-in fəaliyyətdə olan sədri adından Almaniyanın ATƏT yanında daimi nümayəndəsi Qernot Erler, Parlament Assambleyasının prezidenti İlkka Kanerva və Avstriya Milli Şurasının sədri Doris Bures çıxış edəcəklər.

Sessiya çərçivəsində “ATƏT məkanında miqrant və qaçqın böhranı: kollektiv cavab tədbirlərinin gücləndirilməsi” mövzusunda xüsusi debat keçiriləcək.

Hər üç komitənin (siyasi məsələlər və təhlükəsizlik; iqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit; demokratiya, insan haqları və humanitar məsələlər) iclasları keçiriləcək. Komitələrin birgə iclası ilə sessiyanın işinə yekun vurulacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button