”Xədicə İsmayılın məhkəməsinə gətirilən adamlara 5 manat ödəyirlər” (VİDEO)

Jurnalistin ailə üzvləri məhkəməyə buraxılmayıb

Avqustun 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə araşdırmaçı jurnalist, Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayılın işi üzrə məhkəmə prosesi başlayıb.

Prosesi işıqlandırmaq istəyən media nümayəndələrilə yanaşı, Xədicə İsmayılın dostları, həmkar dəstəyi nümayiş etdirməyə gələn jurnalistlər, vətəndaş cəmiyyətinin fəalları, siyasi partiya təmsilçiləri, diplomatik missiya nümayəndələri də toplaşıb.

Ancaq məhkəməyə yalnız hakimiyyətə yaxın media orqanlarının əməkdaşını buraxandan sonra zalda yerin olmadığını bildiriblər: “Hətta məhbus jurnalistin yaxınlarını da iclasa buraxmayıblar”.

Əvəz Zeynallı bildirib ki, məhkəməyə gətirdikləti adamlara 5 manat ödəyirlər, bu, onların günlük haqlarıdır: “Biz təklif edirik ki, 10 verək və bizi də içəri buraxsınlar, amma rədd etdilər”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button