Xaç qayınatası

Rahat Əliyev
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin kürəkəni, Qazaxıstanın hazırda 1 nömrəli düşməni

III yazı

Əliyev: Orada birbaşa elə yazılıb?

Nazarbayev: Elə də yazılıb: “Siz razılaşmayın, tələb edin, fəhlələr.” Həm də «Kazaxmıs» və «Karmetkombinat» haqqında… Mənim ən…, ən yaxınlarımı küncə dirəmisiniz! Hamı bu haqda bilir. «Kazaxmıs» və «Karmetkombinat» haqda – bunu necə başa düşək?

Əliyev: Özü də «Kazaxmıs»… Məlumdur ki, Vladimir Vasilyeviç orada deyil.

Nazarbayev: Hə də… Necə ola bilər ki, bir başını işlət də… Nurtay (Abıkayev – parlamentin sabiq spikeri) mənim yaxın adamımdır, otuz ildir mənimlə bir yerdə yol gəlir. Belə çıxır ki, mənim qızım atasına «Kişi ol» deyir? Sənin ananı… O bilmir ki, atası kişidir, yoxsa yox? O bilir, yoxsa təcrübədən keçirib? İstefa ver. İnsanlar nə düşünər? Bu necə olur? Baxın, bu yaxın adamdır, bu da qızıdır. Rahat, öz yerini bil.

Əliyev: Siz niyə elə danışırsınız? Nə eləmək lazımdır, deyin.

Nazarbayev: Qoy, o desin ki, istifadə edib…

Əliyev: Düzgün olmayan məlumatdan…

Nazarbayev: Niyə düzgün olmayan? Bütün müxalifət qəzetləri yazdılar. Deyirlər ki, Rahat, Timur və s. Mən bütün bunları ailəmizin müdafiəsi naminə dedim. Deyin ki, orada Dutbayev və Abıkayevin soyadlarının çəkilməsinə görə biz üzr istəyirik. Vəssalam!

Əliyev: Yaxşı.

Nazarbayev: Bunu eləyin, işə də tikilsin. Dəriğəni də dəvət etmək lazım deyil. Redaksiyanın səhvi olub – üzr istəyirlər.

Əliyev: Yaxşı.

Nazarbayev: Həm də nə Vladimir Vasilyeviç, nə də «Kazaxmıs». Mən orada heç nəyə malik deyiləm, amma onu da deyim ki, onlar mənə görə hər şeylərini verməyə hazırdırlar.

Əliyev: Bilirəm.

Nazarbayev: «Karmetkombinat». Sən də deyirsən ki, niyə mən, nə üçün mən? Siyasətdən gedin! Nə vaxt «iks» saatı gəlib çatar, siyasətə gələrsiniz. İndi siyasətdən gedin. Sübhanberdini (özəl qazax «Kazkommersbank»ın prezidenti) mən vurdum, vurdum. Hamını vurdum. Onların hamısı mənim sayğacımda oturublar. «Vremya» qəzetini də artıq «Kazaxmıs»a satıb. Bu nəşri də biz ondan alacağıq. Hamı gedir və deyirlər ki, niyə sənin kürəkənin oturub?

Əliyev: Biz o KİV-lərlə bizneslə məşğul olduq ki, onlar gəlir gətirmirdilər. İndi bu biznes gəlir gətirir. Sizin seçkilərdə insanlar necə işləyirdilər? Sifətlərində tər. Biz ancaq Sizə işləyirdik, hər şeyin arxasında da «KTK» kanalı dururdu.

Nazarbayev: Sən mənə nə danışırsan? İndi başa düşdün ki, mən niyə sənə qarşı hiddətlənirəm? Mən sənə sözün düzünü deyəcəm, sənə minnətdaram. Mən görürdüm ki, sən necə işləyirsən, Dəriğə necə işləyir, necə sizin komandanız işləyir… Amma önümüzdəki illər ərzində artıq buna ehtiyac yoxdur. Nə qədər bütün bunların çox hissəsi sizin əlinizdə olacaqsa, bir o qədər hər şey uçuruma yuvarlanacaq. Mənə ağır gəlir, sizə görə iztirab çəkirəm, həqiqətən. Sənə and içirəm. Bu yuvarlanmaya görə iztirab çəkirəm: sənin əlində özəl mediaholdinq var… Siyahının böyük əksəriyyəti… Radiodan tutmuş bütün mövcud telekanallara qədər. Reklam bütünlüklə sizin əlinizdədir. Digərlərindən başqa. Əgər mən başqaları ilə haqlı davransaydım, əgər sənin yerinə hansısa Klebanov və ya Ablyazov olsaydı, mən bu saat parlayardım, «Xəbər»in özəlləşdirilməsində olduğu kimi. Budur – siz dövlətə ödəmisiniz! Sən razılaşırsanmı? O qiyməti də alacaqsan. Əgər mən bununla məşğul olsaydım, ondan da başım çıxardı. Onda necə olacaq? Əgər mənim başıma bir iş gələrsə, sizi yeyərlər. Cəmi 3 aydan sonra. Nə partiya, nə qəzetlər, heç biri sizə kömək etməz.

Əliyev: Siz məndən nədəsə şübhələnirsiniz…

Nazarbayev: Bir dəqiqə. Bir ata və ölkənin prezidenti kimi mən sənə ata məsləhətimi verirəm. Bütün bunlardan bizim sonrakı münasibətlərimizin taleyi asılıdır. Birincisi, partiyaları bu il birləşdiririk. Vahid, möhtəşəm partiya yaradırıq və orada hamımız olacağıq. Sən də, mən də, Dəriğə də… İkincisi, «Xəbər»i necə edək, sən de, saxlayaq, yoxsa sataq?

Əliyev: Yaxşı olar ki, saxlayaq.

Nazarbayev: Mən də bunun tərəfindəyəm. Əgər əlimizdə bu cür nəhəng şirkət varsa, onu niyə sataq? Başqa variant da var. Blok-paketi siz özünüzdə saxlayın, 20-24 faizi isə satın. Dövlətə yox.

Əliyev: Nəyi sataq, «KTK» telekanalını?

Nazarbayev: «Xəbər» və «KTK»nı. Yenə də bu özümüzün olacaq, mən söz verirəm. Hamıya faydalı olacaq. Hamıya aydın olacaq ki, orada Rahat və Dəriğənin dominantlaşmış varlığı yoxdur. Sən bununla razılaşırsan?

Əliyev: Siz direktorları dəyişəcəksiniz?

Nazarbayev: «Xəbər»in 25 faizini mili telekanala sat. «KTK» ilə «Karvan»ı da danışdığımız kimi. Əgər istəmirsənsə, yaxşı, 45 faizini sat. Yəqin sən də, Dəriğə də elə düşünürsünüz ki, bunda bir populyarlığınız var. Bütün populyarlıq «Asar»dadır…

Əliyev: Nə populyarlıq? Bu biznesdir.

Nazarbayev: Pul sizin nəyinizə lazımdır? Prezidentin qızı. Əgər mən sabah durub desəm ki, mən bu siyasəti dəstəkləmirəm, görəcəksiniz ki, yerlərdə, əyalətlərdə nə baş verəcək.

Əliyev: Mən ümumiyyətlə, onun «Asar» partiyasına getməyinin əleyhinə idim.

Nazarbayev: Mən sənə keçən dəfə də dedim: MTN-nin arxivindən nə çıxarmısansa, sakitcə mənə ver. Bu sənin nəyinə lazımdır? Rahat, hər şeyin içinə girib qazmaq, öyrənmək sənin nəyinə lazımdır? Kim kimi dinləyib, sənə nə… Orada insanlar işləyirlər…

Əliyev: Əgər Dutbayev məni dinlədirsə, məni güdürsə, bunu necə başa düşək?

Nazarbayev: Onda o artıq getmişdi.

Əliyev: O axı məni dinlətdirirdi, bunu mənə MTN-dəki adamlar deyiblər.

Nazarbayev: Orada sənin bütün adamların oturublar.

Əliyev: Kimlər?! Mənim adamlarımmı, üzr istəyirəm, o elə burdu ki… Nə mümkündürsə onu elədi. Məni sizin gözünüzdə necə satqın çıxardılarsa, mən bilmirəm, daha nə edə bilərdilər? Vətən xaini, yoxsa nə? Məndən sizin yerinizə, daha haralara iddiası olan adam düzəltdilər. Mənim bütün problemlərim də bundan yaranıb.

Nazarbayev: İndi də yazırlar ki, İmanqali mənim yerimə gəlmək istəyir.

Əliyev: Demək, onun da sonu çatıb. Kimə bu iddianı yapışdırıblarsa, o adamların hamısının sonu çatacaq.

Nazarbayev: Niyə, sıtqayır, ancaq elə bu haqda da fikirləşir. Arzulayır, daha nələrsə edir.

Əliyev: Onun haqqında danışmaq istəmirəm. Vaxt gələr, zaman özü göstərər.

Nazarbayev: Sən məxsusi bunu deyirsən, yoxsa həqiqətən də heç nə başa düşmürsən? Mən prezidentəm, budur məsələ. Dövlətin başçısı, budur məsələ. Bütün məsələ bundadır. Sən bunu başa düşürsən? Kimə təzyiq etmək lazımdır? Birinə… Mən bütün bu məqalələrdən sonra, sadəcə ağrıyıram.

Əliyev: Mən Vyanadan bura gəlmək istəmirdim, həqiqi sözümdür. Mən bilirdim axı, vəziyyət bu cür gərgindir. Xüsusi xidmətlərdə haqqımda iş quraşdırırlar. Telefonları dinləyirlər. Bunu şpionluqla da əlaqələndirmək olar, ancaq mən orada da işləmişəm və bilirəm ki, bunu necə eləyirlər. Uydurma və hansısa çirkli oyunlar.

Nazarbayev: Elə ona görə də gəl zərərsizləşdirək. Nə qədər ki, sən KİV-dən kənara çəkilməyəcəksən, bütün axın sənə doğru gələcək. Mübahisə etmək lazım deyil, gəl ağıllı görüntü eləyək. Sən axı, ağıllı kişisən, sən özün axı təklif edə bilərsən. O dəqiqə də bir illik sakitliyə qovuşmaq. Başa düşürsən, camaat qarşısında elan etmək ki, baxın bu filankəsə satılıb. Bizə lazım olan adama satarıq. Yenə də bütün aksiyalar məndə qalacaq. İstəsən sənin dediyin adamın da adına yaza bilərik. Buna görə pul ödəyərlər. Bu ciddi pul almaq üçün leqal imkandır. Həm sənə, həm də mənə.

Əliyev: Əgər bu gəlir gətirirsə, nə üçün onu sataq?

Nazarbayev: Onda sən incimə ki, niyə bütün axın sənə tərəf gəlməkdə davam edir. Nə qədər ki, bunun sənə məxsus olduğunu biləcəklər – sənə sakit buraxmayacaqlar. Məgər biz eynilə sahibkar qala-qala, ağılla bunu edə bilmərik? İki kişi. Mən sənə təklif edirəm, sən də başa düşmək istəmirsən.

Əliyev: Mən başa düşürəm ki, siyasi təsir…

Nazarbayev: Cəhənnəm olsun siyasi təsir… Mən sənin bütün gücünü bir ayın içərisində darmadağın edərəm. Başa düşürsən, bütün siyasət də bu olar. Mən sənə izah etməyə çalışıram, bütün vaxtımı alırsan, yenə də başa düşmürsən ki, düşmürsən. Ya sən elə, ya da mənə de ki, nəyi etməyəcəksən. Mən sənə təklif edirəm ki, sənin reklam bazarına əl dəyməyəcəyəm, özündə saxla. 25 faizini kimə deyirəmsə ona sat – «Xəbər»ın. Mənə aksiyaların 50 faizini gətir. Mən sənə söz verirəm ki, onu qoruyub saxlayacağam və özünə qaytaracağam. Partiyaları birləşdiririk. Hamısını. Üç sual var. Mən sənə söz verirəm ki, sənin ətrafında olan hər kəs o saat sakitləşəcək. Sən başa düşəcəksən ki, bu problemlər həll olunandan sonra rahat nəfəs ala bilirsən.

Əliyev: Partiya məsələsini Dəriğə ilə məsləhətləşmək lazımdır… Mən onsuz heç nə edə bilmərəm. Onun özünün siyasi iddiaları var. Evdə ona nəsə deyə bilirəm. Amma evdən kənarda onun öz fikirləri var.

Nazarbayev: Yox axı, biz sizin evdə üçlükdə söhbət etdik.

Əliyev: Guya söhbət etdik…

Nazarbayev: Danışdıq. Əgər… bu, kişi kimi öz aramızdadırsa… Əgər o mənim fikrimlə razılaşmasa, mən sakitcə o partiyanı dəfn edəcəyəm. Bütün əyalət və rayon şöbələrinin vasitəsilə. Və bəyan da edəcəyəm ki, mən bunu dəstəkləmirəm. Bu nəyə lazımdır? Bu bizə lazımdırmı?

Əliyev: Fikrimcə, lazım deyil.

Nazarbayev: Ona görə də gəl mən dediyim kimi edək. Qazaxıstanda başqaları mən nə deyirəmsə, onu da edirlər. Hamı da Qazaxıstanda sizdən daha artığını edir! Bax, indi nə deyirsənsə, onu eləsən, bu artıq söz yox, iş olacaq. Buyur (durur…). Bura bax, sən bir az sakitləş. Niyə sən belə gərgin gəzirsən? Sənə Avstriyaya səhiyyə ilə bağlı etdiyin səfərə görə təşəkkür edirəm. Çox minnətdaram. Mən sadəcə özümü yaxşı hiss etdim, hələ də bu davam edir. Mən bəzən alkoqolla işləri qarışdırıram, sənin kimi. Yəqin bu günlər də sən qarşıdırmısan…

Əliyev: Yox, qarışdırmamışam.

Nazarbayev: Hələlik… Burada olacaqsan?

Əliyev: Mən sadəcə xaricə getməyə qorxuram. Yenə deyəcəklər ki, iş yerində oturmur. Amma getməsəm də ATƏT-lə bağlı işlər yürüməyəcək.

Nazarbayev: Onda sən nazirlə danış, get.

Əliyev: Sabah da deyəcəklər ki, hər gün səfərdədir.

Nazarbayev: Sən xarici işlər nazirinin birinci müavinisən.

Əliyev: Qorxur ki, onun yerinə göz dikmişəm.

Nazarbayev: Tokayev də orada əbədi deyil, bütün əzəmətinə baxmayaraq.

Əliyev: Tək mən getmirəm ki. Avropaya müxalifətdən olan rəqiblər də gedirlər.

Nazarbayev: Jakiyanovu buraxmayacaqlar.

Əliyev: Bizim ATƏT-dəki həmsədrimizə qarşı danışacaqlar.

Nazarbayev: Onlar, Avropada olanlar heç nə bilmirlər, heç nə başa düşmürlər.

Əliyev: Əlbəttə.

Nazarbayev: Hər hadisəni qeydə almaq lazımdır, sonra da başına vurmaq. Sabah bu qancıq Tokayev əclafı tənbehləyəcəm.

Əliyev: Ondan sonra da yenə mənə çəp-çəp baxacaq.

Nazarbayev: Qoy o da özünə nə lazımdırsa, götürsün.

Əliyev: Bu onun nəyinə lazımdır? Dalaşmaq ona lazımdır? O bəyəm, axmaqdır? O axı, hamı ilə dostlaşmaq istəyir…

Nazarbayev: Əgər sən bunu bilirsənsə, o da bunu bilməlidir.

Əliyev: Hə. Amma ən əsası ATƏT üzrə lobbiləşmək lazımdır.

Nazarbayev: Saşa Mirtçev işləyir axı.

Əliyev: Saşa mənim kimi işləyə bilmir. O, kuluarlarda hamını satın alır.

Nazarbayev: Saşa da başa düşmək olmur ki, orada nəyi uzadır…

Əliyev: Ona ancaq pul verəsən…

Nazarbayev: Hə, özü də çox pul…

Əliyev: Pul verərsiniz, işləyər, sabah pulunu kəsərsiniz, sizə qarşı işləyər. Onu puldan başqa heç nə maraqlandırmır.

Nazarbayev: Biz də az verməmişik, onunla bu işə onlarla milyon pul xərcləmişik (iz „Global Options Management”dən olan amerikan lobbistlərinə)…

Mən yaxşı başa düşürəm ki, öz həyatını «Ağ-Orda» prezident sarayının dəhlizlərində keçirməyən Oxucu üçün tənbəl şəkildə gedən bu söhbət qəlizliyinə görə «Çin əlifbası»nı xatırladacaq.
Amma bu kitabı oxuyandan sonra mümkündür ki, hər şey sizə aydın olsun.

“Xural” qəzeti
il: 9, sayı: 003(411), 23-29 yanvar 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button