Xaç Qayınatası – XXXI yazı

Rahat Əliyev

Tam məxfi

ARAYIŞ

“SARSEN”  obyekti  haqqında…

Obyektin  siyasi fəaliyyəti…

“Sarsen” (Sarsenbayev Altınbəy) – “Əsl Ak Yol” partiyasının həmsədri, “Ədalətli Qazaxıstan uğrunda” (ƏQU)  hərəkatın həmsədri.

Yuxarıda adları çəkilən siyasi hərəkatların liderlərindən biri olan Sarsen, təbliğ etdiyi məsələləri həyata keçirmək üçün aktiv hərəkətdədir. Parlamentin səlahiyyətlərini artırmaq, prezident üsul idarəçiliyindən prezident-parlament üsul idarəsinə keçmək, hökumətin üzərində nəzarət etmək, dövlət proqramlarının həyata keçirilməsi və dövlət büdcəsinə nəzarəti gücləndirmək – bütün bunlara Qazaxıstan Respublikasının Konstitusiyasını dəyişərək nail olmaq istəyir. Həm də partiyanın gizli məramı bölünmüş mülküyyəti öz xeyirlərinə yenidən bölmək, prezident seçkilərində iştirak etməklə dövlət idarəçiliyində hakimiyyətin real rıçaqlarını ələ keçirməkdir.

“Əsl Ak Yol” partiyasının və ƏQU-nun fəaliyyət forması öz siyasi ideyalarını təbliğ etmək və dövlət kursunu tənqid etməkdir. Bunun üçün onlar mətbuat konfransları və dəyirmi stollar keçirir, müraciətlər və press-relizlər çap edirlər.

Bu çərçivədə “Sarsen” Qazaxıstan və Rusiya KİV-ləri ilə aktiv əməkdaşlıq edir. Qazaxıstanda və xaricdə səfərlərində etdiyi çıxışlarında və müsahibələrində hökumətin yuxarı eşalonunun və dövlət başçısının korrupsiya ilə bağlı bir çox beynalxalq qalmaqallara aidiyyətləri olduqlarını deyir. O, siyasi partiyalar haqqında qanunu sərt tənqid edir və seçki qanunvericiliyinin dəyişdirilməsini tələb edir.

Məlum olduğu kimi, “Sarsen” 1993-cü ildən bəri 8 il müddətinə mətbuat naziri vəzifəsini tutub. 2001-ci ildə Qazaxıstan Respublikasının Prezidenti yanında Təklükəsizlik Şurasının katibi, 2002-ci ildə Qazaxıstan Respublikasının Rusiyada fövqəladə və tam səlahiyyətli səfiri vəzifəsində işləyib.

Ciddi siyasi fiqur kimi “Sarsen” özünü 2001-ci ildə Təhlükəsizlik Şurasının katibi olanda göstərmişdi. O, açıq surətdə DVQ-yə dəstək vermişdi. “Sarsen” 2003–cü ilin axırlarında öz xoşu ilə Qazaxıstan Respublikasının Rusiya Federasiyasındakı səfiri vəzifəsindən siyasətlə məşğul olmaq üçün istefa vermiş və sonra “Ak Yol” partiyasına qəbul olaraq onun həmsədri olmuşdur. 2004-cü ilin iyul ayında onu informasiya naziri vəzifəsinə təyin etdilər, o, sentyabr ayında istefa verdi və 2004-cü ilin aprel ayında “ Əsl Ak Yol” partiyasının həmsədri oldu.

Əldə olan bilgilər “Sarsen”-i çoxtərəfli bir bir siyasətçi və partiya lideri kimi xarakterizə edir. Bu partiya qısa müddətdə adında, heyətində və bəzi başqa şeylərdə dəyişikliklər etdi.

2001-ci ilin dekabrında DVQ yarananda “Sarsen” bu haqda bilirdi. Hətta bu hərəkatın yaranmasını dəstəkləyirdi. Lakin hərəkatın yaranmasını rəsmi surətdə elan edəndə o, nə üzv olmaq üçün müraciət etdi, nə də açıq dəstək verdi. Buna baxmayaraq, hərəkatın rəsmi surətdə yarandığını elan edəndən sonra DVQ-nin təsisçilərini dəstəkləmək üçün “Sarsen” əhatəli bir müsahibə verdi, hansı ki Ablyazovun göstərişi ilə “Respublika” qəzetində çap edildi və “Tan” telekanalında dəfələrlə göstərildi. Sonralar “Sarsen” KİV-lərin rəhbərlikləri ilə  olan tanışlıqlarından istifadə edərək, onlar haqda neqativ materialların çıxmasını əngəlliyirdi. Qazaxıstan Teleradio milli assosasiyasının prezidenti A.Baytasovla söhbətində (TRK “31kanal”)  “Sarsen” jurnalistlərin, insanların siyasi əqidələrinə görə təqib olunmalarına qarşı çıxış etmələrini istəmişdi. Bu zaman o, A.Baymenovu və O.Jandarovu nəzərdə tuturdu.

Əldə etdiyimiz M.Ablyazovla A.Kajqeldin arasında gedən yazışmadan məlum olur ki, “Sarsen” DVQ-ni yaradanlarla çox yaxın əlaqədə olub və əvvəldən hadisələrin inkişafı barədə

hər şeyi bilib. Ablyazovun dediyinə görə, DVQ-nin yaradılmasından çox əvvəl “Sarsen” və Tajin arasında olan razılaşmaya əsasən, “Sarsen” Ablyazova reqionlarda tele-tezliklər almağa kömək edib ki, bu da DVQ  təzə yarananda onun fəaliyyətini bütün Qazaxıstan ərazisində işıqlandırmağa imkan verib. Ablyazovun dediyinə görə, Alma-Ata hava limanında 2001–ci ilin sentyabırında həbs edilərkən ”Sarsen”in və Tajinin işə qarışması sayəsində azad edilib.

Qazaxıstanın Rusiya Federasiyasında 2002-2003-cü illərdə səfiri vəzifəsində olarkən “Sarsen” A.Baymenov, O.Jandosov və B.Abilovla əməkdaşlıqlarını davam etdirirdi. Onlar 2004-cü ilin əvvəllərində DVQ-dən çıxıb DNQ “Ak Yol”u təsis etdiklərini elan etdilər. Bu zamanlar Jandosovun Moskva şəhərinə gedərkən, “Sarsen”lə tez-tez görüşdüyü müşahidə olunub. Ola bilər ki, bu görüşlər zamanı onlar “Ak Yol” partiyasının əsas hərəkət aspektləri barədə danışıqlar aparıblar. 28 aprel 2002–ci ildə Qazaxıstan Parlamentinin Məclisinə seçkilər zamanı “Sarsen” öz namizədliyini irəli sürən B.Abilova kömək etmişdi. O, Abilovun rəqibi haqqında kompromat  yığmağı  təşkil etmişdi.

“Ak Yol” partiyasında fəaliyyət göstərdiyi dövrdə o, həmsədr Sarimov və başqa partiyadaşları ilə birlikdə elektron və çap KİV-lərində vermək üçün müsahibələr, bəyanatlar və müraciətlər hazırlanmasında iştirak etmişdir. Partiyada təzə fəaliyyətə başlayanda “Sarsen”in tənqidi çıxışları hiss olunurdu ki, Qazaxıstan Respublikasının Prezidentinə qarşı yox, daha çox onun ətrafında olan N.Abıkayev və D.Axmedova qarşı idi. Lakin “Sarsen”in respublikadakı siyasi-ictimai vəziyyət barədə (respublikanın birinci rəhbərləri tərəfindən həyata keçirilən seçki, qanunvericilik prosesi və s.) sonrakı çıxışları daha sərt tənqidi yöndə olmağa başladı. “Sarsen” DPQ-yə üzv olmağa qərarı tələsik verməmişdi. O, bu addımını çox düşünüb-daşındıqdan və hər şeyi olçüb-biçdikdən sonra atmışdı. Hələ 2002-ci ilin yanvar ayında o, Utemuratova demişdi ki, o, “Ak Yol” tərəfindən üzvlük barədə gələn təklifi Qazaxıstan Respublikasının Prezidentinə bildirmiş və onun prinsipial razılığını almışdı.

“Ak Yol” partiyasına o, bu partiyanın 3-cü qurultayında üzv olmuşdu. O, bu qurultayda öz proqramını açıqlamışdı. Bu proqramın əsas bəndləri siyasi islahatları sürətləndirmək, orta təbəqəni yaratmaq, qarışıq iqtisadiyyatın tanınması, “ Seçki haqqında qanunun” dəyişdirilməsi və s. idi. “Ak Yol” partiyasında həmsədrlər arasında aparılan iş bölgüsünə əsasən, “Sarsen” partiyanın analitik informasiya fəaliyyətinə cavabdeh idi. Bu zamanlar arada gəzən məlumatlara görə, obyekt Alma-Ata şəhərində Sarimov üçün hansısa analitik–informasiya mərkəzi açmaq istəmişdi. Təqribən o vaxtlar “Sarsen” təzə yaranan və lideri D.Nazarbayeva olan “Asar” partiyası haqqında çox tənqidi fikirlər söyləmişdi.

Obyekt bu partiyanı konyuktur piar–proyekt hesab edir və bu proyektin həyata keçirilməsi üçün D.Nazarbayevanın media-holdinqinin nəzarətində olan milli telekanalların və onların bütün kadr və intellektual potensialının bu istiqamətdə işlədiyini qeyd edir.

Dövlət başçısının seçkilər qabağı təklif etdiyi informasiya naziri vəzifəsini”Sarsen” qəbul etdi. O, bu təyinatı “dövlətin və vətəndaşların rifahı naminə hakimiyyət və bütün başqa siyasi qüvvələr arasında konstruktiv əməkdaşlığın başlanğıcı” kimi qiymətləndirdiyini bəyan etdi (2004-cü il iyul).

“Ak Yol” partiyasının 4-cü qurultayında o, Qazaxıstan Respublikasının Məclisinə partiya siyahısında 2 nömrə altında ümummilli seçki dairəsindən təsdiq olundu. Eləcə də “Sarsen” qurultay nümayəndələrinə dövlət başçısına müraciət ünvanlamağı təklif etdi. Bu müraciətdə dövlət başçısından humanist akt kimi Q.Jakiyanovu əfv edib azad etməyi və partiyanın həmsədri Bulat Abilovun məhkəməsinin ədalətli keçməsini təmin etməyi xahiş etdi (2004-cü il).

Parlament seçkilərinin nəticəsinə görə, 2004–cü il sentyabr ayında “Ak Yol” partiyası Qazaxıstan Respublikasının Parlamentinə seçkilərin kobud qanun pozuntuları ilə keçdiyini bəyan etdi. Konstitusiya və seçkilər haqqında qanunun kobudcasına pozulduğuna, seçkilərin azad və ədalətsiz olduğuna görə etiraz əlaməti olaraq “Sarsen” vəzifəsindən istefa verdi.

Sentyabr–oktyabr aylarında “Sarsen” öz məqalələrinin birində yenidən D.Nazarbayevanı bərk tənqid etdi. O, məqalədə yazırdı ki, onun nəzarətində olan beş telekanala dövlət büdcəsindən beş milyard tənqə pul ayrılır və s. İşgüzar adına ləkə gətirən yalan məlumatlar görə, “Xabar” agentliyi onu məhkəməyə verərək, ondan camaat qarşısında üzr istəmək və bir milyard tənqə mənəvi təzminat tələb etdi. Bütün bunlara baxmayaraq “Sarsen” bu mövzunu davam etdirdi.

“Sarsen”in iştirak etdiyi “Avrasiya və demokratiya” (London, 12 noyabr 2004) beynəlxalq konfransında B.Abilov, O.Jandosov, A.Kajeqeldin, R.Nuqmanov, N.Macanov, A.Kojaxmetov (DVQ), T.Toxtasınov, C.Abdildin (KPQ), həmçinin Qazaxıstan Respublikasının Böyük Britaniyada səfiri E.İdrisov da iştirak edirdilər. Konfransın təşkilatçısı kimi İnternational  Fredom Networkun baş direktoru Raşid Nuqmanov çıxış edirdi. A.Kajeqeldinin E.Bapi ilə “Sarsen”in, Jandosovun, B.Abilovun Londona səfərlərini müzakirə etmələri qeydə alınıb (6.11.2004-ə alınmış məlumat). Ayrı məlumatlara əsasən, “Ak Yol” partiyasının üzvləri başqa adamların dəvəti ilə Londona getmişlər, onların görüş qrafikləri ayrı olub.

Konfransda “Sarsen” və onun köməkçisi A.Sarimov öz çıxışlarında bir neçə mövzunu işıqlandırmaq istəyirdilər. Bu mövzular, siyasi reformaların lazımlılığı, 2001–ci ildən reformatorların real hakimiyyətlə ziddiyyətləri, Jiyanov və Ablyazova qarşı repressiyaların başlanması, Qazaxıstan üçün 2001-ci ildən mürtəce olan avtoritarizmdən totalitarizmə keçid idi.

Məlumatlara görə “Ak Yol” partiyasında 2005–ci ilin fevral ayında keçən konfransdan başlayan parçalanma və “Sarsen”ə o konfransda elan olunacaq etimadsızlıq ona çox əziyyət verirdi. Partiya forumunun yekununa dair mətbuat konfransından əvvəl “Sarsen” İ.Melçerdən Baymenova onsuz və başqa həmsədrlərsiz nə edəcəyi barədə sorular soruşmağı xahiş etmişdi. Qeyd etmək lazımdır ki, o zaman “Sarsen”i ancaq Kajeqeldin dəstəkləmişdi. Kajeqeldin onu fikir etməməyə və müzakirə etdikləri təzə təşkilat haqqında fikirləşməyə dəvət etmişdi.

2005-ci ilin yazında “Sarsen” aktiv siyasi fəaliyyətə başladı. 13 martda partiyanın ümumrespublika konfransını keçirir. Bu konfransda iştirakçılar seçkiqabağı ümumxalq hərəkatı olan “Ədalətli Qazaxıstan Uğrunda” təşkilatının yaradıldığını elan etdilər. Konfrans iştirakçıları həm də partiyanın həmsədrinə etibar etdiklərini bəyan etdilər. 30 martda “Exo Moskvı” radiosuna, 29 mayda “Central Asiya Monitor”a müsahibə verir. Aprel ayında DPQ “Əsl Ak Yol” partiyasının inisiativ qrupu təzə “Əsl Ak Yol” partiyasının yarandığını elan edir.

İndi “Sarsen” “ZSQ” çərçivəsində J.Tuyakbəylə görüşür. Onunla reqionlara çıxır, o cümlədən Alma-Ata vilayətinin Çilik şəhərinə, “Vremya” , “Jas Alaş”qəzetlərində yazılarını çap etdirir.

Davamlı əlaqələri və görüşlərinin xüsusiyyətləri…

“Sarsen”in Qazaxıstan dövlət strukturlarında, siyasi strukturlarda, KİV-lərdə, MNPO işçiləri arasında, Qazaxıstan Respublikasında akkreditə olunan diplomatik nümayəndəliklərdəki əlaqələrini təqribən aşağıdakı qruplara bölmək olar:

Qazaxıstan dövlət və siyasi strukturlarının nümayəndələri…

 

Xural” qəzeti,

İl: 9, sayı: 031 (439),14-20 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button