'Xarici agentlər haqqında' qanun yenidən Gürcüstan parlamentində…

Gürcüstanın hakim “Gürcü Arzusu” Partiyası yenidən xarici agentlərlə bağlı qanun layihəsini parlamentə təqdim edəcək.

Bunu bu partiyanın parlamentdəki fraksiyasının lideri Mamuka Mdinaradze deyib .

Ötən il Gürcüstan parlamenti kütləvi etirazlardan sonra xarici agentlərlə bağlı qanun layihəsini rədd etmişdi. Mdinaradzenin sözlərinə görə, hazırkı qanun layihəsinin mətni eyni olacaq, yalnız “xarici təsir agenti” ifadəsi “xarici ölkənin maraqlarını həyata keçirən təşkilat” ifadəsi ilə əvəz olunacaq.

O vurğulayıb ki, qanun layihəsinin yeganə tələbi xaricdən maliyyə alan təşkilatların illik maliyyə hesabatlarını dərc etmələridir. Fraksiya lideri deyib ki, layihədə bu tələbin pozulmasına görə yalnız cərimə nəzərdə tutulur.

“Keçən il bizim yeganə günahımız ünsiyyətlə bağlı problemlər idi… Ola bilsin, çoxları bunu indi eşidirlər, mən yalnız bəyan etmək öhdəliyindən danışıram”, – Mdinaradze bildirib .

Onun sözlərinə görə, qanun layihəsi parlamentin yaz sessiyası başa çatana qədər hər üç oxunuşda qəbul olunacaq.

“Gürcü arzusu” xarici agentlər haqqında qanun layihəsini ilk dəfə 2023-cü ilin fevralında təqdim etmişdi. Buna cavab olaraq ölkə boyu kütləvi etiraz aksiyaları başlamışdı. Həmin ilin martında Gürcüstan parlamenti qanun layihəsini rədd edib. Etirazlarda vurğulanırdı ki, layihə vətəndaş cəmiyyətinə, ölkənin Qərbə inteqrasiyasına qarşı yönəlib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button