YAP-dan təkzib: “Üzvlük haqqını artırmamışıq”

“Yeni Azərbaycan Partiyasında üzvlük haqları artırılmayıb. Bu barədə yayılan xəbərlər həqiqəti əks etdirmir”.

Bunu “Report”a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov deyib.

O bildirib ki, partiyada üzvlük haqqının məbləği minimum 1 manatdır. Qeyd edək ki, bəzi saytlarda YAP-da üzvlük haqlarının 1 manatdan 2 manata qaldırılması ilə bağlı məlumat yayılıb.(strateq.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button