“Yaxşı qanunlar qəbul edirik, amma icrası çevik deyil”

“Qarşımızda duran əsas problemlərdən biri məişət zorakılığı cinayətləri və səbəbləridir”. 

Bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirib.

“Hər kəsə məlumdur ki, məişət zorakılığı cinayətləri çox vaxt latent qalır və hüquq-mühafizə orqanlarına məlum olmur. Bunun fəsadları isə çox ağır olur. Respublikada məişət zorakılığı ilə mübarizəyə dair milli fəaliyyət planı təsdiqlənib. Bunların da icrasından irəli gələn məsələlərdən biri qanun layihəsinin təkmilləşdirilməsidir. Gələn ilin dövlət büdcəsində ailə, qadın və uşaq hüquqlarının qorunmasına ayrılan büdcə 2 % artıb. Biz yaxşı qanunlar qəbul edirik, amma onların icrası çevik deyil”, – deyə komitə sədri vurğulayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button