Yay transfer dönəmi ulduzlar keçidinə şahidlik edib

2023-2024 mövsümünün yay transfer dönəmində adından söz etdirən böyük dördlük heyətinə bir çox ulduz qatılıb. Ümumilikdə 120 milyon avro xərcləyən “nəhənglər” Edin Dzeko, Dusan Tadiç, Vilfred Zaha, Hakim Ziyeç və Nikolas Pepe kimi adları heyətinə qatıb.

Yay transfer dövründə bir çox ulduz futbolçunu heyətinə qatan türk komandaları dünya idman ictimaiyyətində adından söz etdirib.

Əvvəlki mövsümü çempion kimi başa vuran “Qalatasaray” çempion heyətindən heç bir oyunçu itirməyib, heyətini ulduzların transferlərilə gücləndirib. Keçən mövsüm çempionatda ən çox iz buraxan ad olan ulduz hücumçu Mauro İkardidən ilk olaraq transfer haqqı alan Cimbom, futbolçu üçün PSJ-yə 10 milyon avro ödəyib. Ulduz transferlərini davam etdirən sarı-qırmızılılar İngiltərə Premyer Liqasından Vilfred Zahanı heyətinə qatıb, “Çelsi”də çıxış edən Hakim Ziyeç də transfer olunub.

“Sarı-qırmızılar” transfer dövrünün son həftəsində “Tottenhem”dən Davinson Sançes və Tanquy Ndombeleni heyətinə qataraq, ümumilikdə 13 futbolçunu heyətinə əlavə etmiş olub. Ümumilikdə 29,5 milyon avroluq transfer haqqı ödəyən Cimbom bir çox önəmli ulduzları transfer haqqı olmadan heyətinə qatmağı bacarıb.

“Fənərbaxça” da transfer dönəmində heyətinə qatdığı adlarla öz adından söz etdirən komandalardan biri olub. Əvvəlcə məşqçi dəyişikliyi edən sarı-göylülər İsmayıl Kartalla müqavilə imzalayıb. “Fənərbaxça” əvvəlcə mərkəz hücumçusu Edin Dzekonu transfer edib, daha sonra Moskva “Dinamo”sundan Sebastyan Şimanskini heyətinə qatıb.

Ulduz adları bir-bir transfer edən sarı-göylülər Duşan Tadiçi də pulsuz transfer edərkən, “Mançester Yunayted”dən braziliyalı yarımmüdafiəçi Fredi və “Kalyari”dən təcrübəli müdafiəçi Bekaonu heyətinə qatıb. Türk futbolçu tələbi ilə heyətini genişləndirmək istəyən Sarı Kanarya milli futbolçular Cengiz Ünder və Mert Müldürü də transfer edib. Ümumilikdə 14 transfer edən Fənərbaxça, ödədiyi transfer haqqı ilə də çox danışılıb. Sarı-göylər yeni transferləri üçün ümumilikdə 56 milyon avro ödəyib. Futbolçu satışı ilə adından söz etdirən “Fənərbaxça” 55 milyon avroya futbolçu satıb.

Yay transfer dönəmində azarkeşlərlə gərginlik yaşayan “Beşiktaş” rəhbərliyi transferin gecikməsi səbəbindən tənqid hədəfinə çevrilib. “Qara-ağlar” bunun üzərinə hərəkətə keçərək heyətə 10 yeni ad qatıb, Masuakunun transfer haqqı da alınıb.

“Beşiktaş” əvvəlki mövsümdə “Qalatasaray”da çıxış edən Milot Raşikanı və Moskva ÇSKA-dan Zaynutdinov, “Lens”dən Jan Onana, “Leichester Siti”dən Daniel Amartey, “Liverpul”dan Çemberlen, “Milan”, “Mançester Yunayted”dən Ante Rebiçi transfer edib. Beşiktaş sözügedən futbolçuların bir çoxunu pulsuz olaraq heyətinə qatdığı halda, ümumilikdə 17 milyon avroluq transfer haqqı ödəyib.

Transfer dönəmində transfer etdiyi adların zədələnməsi ilə gündəmdə qalan “Trabzonspor” Nenad Bjelikanın rəhbərliyi altında heyətini gəncləşdirib və bir çox yeni adlarla anlaşma imzalayıb. Xüsusilə transferin son həftəsində sürətlənən “Mavilər”, ulduz futbolçu Nikolas Pepeni heyətinə qatıb, “Sauthempton”da çıxış edən nəhəng hücumçu Paul Onuauçu və Anjeli Mendini transfer edib.

Transfer dövrünün əvvəlində heyətini Mislav Orsiç, Taxis Fountas, Benkovic və Ryan Baniyya kimi adlarla gücləndirən “Qara Dəniz Fırtınası” gənc futbolçular arasında da ad çıxarıb. “Trabzonspor” ümumilikdə 16 transfer edib və 15 milyon avro transfer haqqı ödəyib. 13 futbolçu ilə yollarını ayıran “qırmızı-mavilər” 2 milyon avro qazana bilib.

 

Furkan Albayrak

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button