Yazışı Əkrəm Əylisli baş prokuroru barəsindəki çinayət işinə xitam verməsinə çağırıb

Yazışı Əkrəm Əylisli baş prokuroru barəsindəki çinayət işinə xitam verməsinə çağırıb. Bununla bağlı yazıçı baş prokuror Zakir Qaralova açıq məktub ünvanlayıb.

Məktubda deyilir:

Hörmətli Zakir Qaralovavəkil Elçin Sadıqovun vasitəsi ilə2 ay bundan əvvəl göndərdiyim məktubuma indiyədək cavab almadığıma görəonu bir daha cənab baş prokurorun nəzərinə çatdırmağı lazım bilirəm.

Azərbaycan Respublikasının Baş Prokurorucənab Zakir Qaralova

Hörmətli cənab Baş Prokuror!

2016-ci ilin mart ayında İtaliyanın Venesiya şəhərində keçiriləcək Beynəlxalq ədəbi forumda iştirak etməyə gedərkən – hava limanında əsassız olaraq saxlanıldıqdan sonra – mənə qarşı qaldırılan cinayət işinin prokurorluğa göndərildiyi vaxtdan artıq 2 ildən çox keçir.

Artıq 2 ildən coxdur ki, mən ölkədən çıxmaq hüququndan məhrum edilmişəm. Hətta ölkə daxilində də azad hərəkət etməyə hüquqi ixtiyarım yoxdur. Şəxsiyyət vəsiqəm prokurorluqda saxlanıldığından bir sıra məişət çətinlikləri ilə üz-üzə qalmışam.

Mən 81 yaşın içindəyəm, cənab Baş Prokuror! Bu yaşda öz sağlamlığı ilə öyünmək, təəssüf ki, yalnız nadir adamlara nəsib olur. Kəskin xroniki bronxitdən, ürək və qaraciyər çatışmazlığından illərdir ki, ciddi əziyyət çəkirəm. Ölkədən çıxmağıma qadağa qoyulması səhhətimin mümkün kritik məqamında hər hansı (yaxın ya uzaq) ölkəyə getməyimi bəri başdan əngəlləyir və xüsusən yay aylarında sağlamlıq durumumu ağır sınaqlar qarşısında qoyur.

Tərkibində heç bir ağlabatan cinayət faktı olmayan bu absurd “cinayət işi”nin gizlin motivlərini bir daha açıb-ağartmağı lazım bilmirəm. Hava limanının polis idarəsi tərəfindən sərhəd xidməti əməkdaşının şikayəti əsasında tərtib edilən və hazırda Bakı şəhər Prokurorluğunun sərəncamında olan istintaq materiallarına vaxt tapıb nəzər yetirsəniz, burada mənə qarşı irəli sürülən ittihamın nə dərəcədə əssasız, məntiqsiz və məzmunsuz olduğuna yəgin ki, özünüz də inanarsınız.

Bu müxtəsər məktubla Sizə müraciət etməklə – yaşımı, sağlamlıq durumumu və barəmdə qaldırılan cinayyət işinin obyektiv hüquqi bazası olmadığını nəzərə alıb, bu işə xitam verilməsi barədə təsirli tədbir görməyinizi Sizdən ərk ilə xahiş edirəm.

Hörmətlə,

Əkrəm Əylisli

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button