Zəngəzur dəhlizinin son görüntüləri – FOTOLAR

Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan, uzunluğu 123,6 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi sürətlə davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov 2021-ci ilin avqust ayında bildirib ki, dəhlizin Azərbaycan tərəfindəki Horadiz – Cəbrayıl – Zəngilan – Ağbənd hissəsinin uzunluğu 123,8 kmdir: “Bu yol 4-6 hərəkət zolaqlı olacaq. Onun tikintisi aparılır və 2024-ci ildə başa çatdırılması nəzərdə tutulur”.
Artıq AAYDA xəbər verir ki, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun (Zəngəzur dəhlizi) tikintisi 73% icra olunub.
Texniki göstəricilər:
–    Yolun ümumi uzunluğu – 123,6 km
–    Yolun texniki dərəcəsi – 1B
–    Hərəkət hissəsinin eni – 14-21 m
–    Hərəkət zolaqların sayı – 4-6
–    Torpaq yatağının eni – 21,5 – 29,5 m
–    Boruların sayı –  265 ədəd (16 818 m)
–    Düzbucaqlı borular – 41 ədəd (2 737 m)
–    Alt keçidlər – 55 ədəd (3 850 m)
–    Körpülər – 27 ədəd (1 900 m) (15 ədəd su ötürücü körpü,12 ədəd yol ötürücü körpü)
–    Qovşaqlar – 7 ədəd (252 m)
–    Tunellər – 3 ədəd (12 026 m)
–    İstinad divarı – 1500 m (D/beton – 500 m, daş – 1000 m)
–    Asfalt işləri – 950 000 m3
Yolun konstruksiyası:
–    Hamarlayıcı lay optimal tərkibli qum-çınqıl qarışığı 23 sm
–    Əsasın alt layı (subbase, optimal tərkibli qum-qırmadaş qarışığı) – 20 sm
–    Əsasın üst layı (base, fraksiyalı pazlanmış qırmadaş) – 20 sm
–    Yol geyiminin alt qatı (bitumlu təməl, iridənəli a/b) – 16 sm
–    Yol geyiminin alt qatı (binder, iridənəli a/b) – 7 sm
–    Yol geyiminin üst qatı (xırda dənəli a/b) – 5 sm
İcra olunub:  
–    Torpaq yatağı – 70,19 km,
–    Hamarlayıcı layı – 47,79 km,
–    Əsasın alt layı (subbase) sol tərəfdə – 40,43 km və sağ tərəfdə – 34,59 km,
–    Əsasın üst layı (base) sol tərəfdə – 40,15 km və sağ tərəfdə – 31,43 km,
–    Bitumlu təməl layı sol tərəfdə – 35,77 km və sağ tərəfdə – 26,31 km,
–    Binder layı – 8,08 km.
•    Dairəvi borular – 202 ədəd tikilib, 32-də işlər davam edir.
•    Düzbucaqlı borular – 26 ədəd tikilib, 4-də işlər davam edir.
•    Alt keçidlər – 44 ədəd tikilib, 2 -də işlər davam edir.
•    Körpülər və qovşaqlar – 12 körpü tikilib, 12 körpüdə tikinti işləri davam edir.
•    Tunellər:
–    T1 tuneli (sol 1007,55 m, sağ tunel 1033,2 m). Tuneldə qazma, püskürtmə beton işləri və kəmər betonu (40 sm)  tamamlanıb.
–    T2 tuneli (sol 1807.9 m, sağ 1836.6 m). Sağ və sol tuneldə qazma və püskürtmə beton işləri tamamlanıb.Sağ tunelin 535,59 m kəmər betonu (40 sm) işləri tamamlanmışdır.Sol tunelin 680 m kəmər betonu (40 sm) işləri tamamlanıb.
–    T3 tuneli (sol 3173,6 m, sağ 3167,65 m).  Sol tuneldə qazma, püskürtmə beton işləri tamamlanıb.Sağ tuneldə 3000 metr məsafədə qazma, püskürtmə beton işləri tamamlanıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button