Zahid Oruc: “Ermənilərin planları özlərinin əleyhinə işlədi”
Millət vəkil Zahid Oruc Region TV-də yayımlanan “İctimai rəy” verilişinə qonaq olub.
Z.Oruc 2 aprel tarixini Azərbaycan üçün yeni mərhələ adlandırıb: “Bu millət öz qələbəsinə inanır. Azərbaycan ordusu Qarabağa gedən yolu göstərdi. Ermənilərin planları özlərinin əleyhinə işlədi. Bu zərbənin Ermənistanda hakimiyyət dəyişikliyinə yol açacağını siz görəcəksiniz”.
“2 apreldə başlayan 4 günlük müharibə beynəlxalq münasibətlər sistemində də dəyişiklik edə bilər. 2 apreldən başlayan hadisələr elə bir vaxtda baş verdi ki, bunun Azərbaycan üçün kifayət qədər faydalı olacağına inanıram”, – deyə Zahid Oruc bildirib.