Əvəz Zeynallı Rotşildin villasında,Hötenin ev muzeyində – FOTO

Dünyanın ən zəngin yəhudi xanədanlarından birinin əsasını qoymuş şəxs – Mayer Amşel Rotşild Frankfurtda doğulub. Burada onun əzəmətli villası var. İndi bura mədəniyyət mərkəzi kimi fəaliyyət göstərir. Əməkdaşımız Əvəz Zeynallı bu günlərdə Almaniyanın Frankfurt şəhərində işgüzar səfərdədir. Bu səfər çərçivəsində Əvəz Zeynallı Rotşildin villasında, Hötenin ev muzeyində olub.

Strateq.az onun həm Rotşildin villasından, həm də Hötenin ev muzeyindən çəkdiyi fotoları dərc edir.

Dünyanın 17 trilyon dollarına nəzarət edən adamın evi çox nəhəngdir. Ucu-bucağı yoxdur. Yeni dünyanı yaradanlardandır Rotşild…

Məlumat üçün deyək ki,

Rotşild Mayer Amşel 23 fevral 1744-ci ildə doğulub. Uşaqlığını indiki Almaniya ərazisində yəhudilər üçün ayrılmış gettolarda keçirib. 20 yaşında yerli bankların birində təcrübə keçib işi öyrənəndən sonra, babasının işini davam etmək üçün ailəsinin yanına qayıdır. Onun birinci işi qızıl sikkə, medalların satışı və dəyişdirilməsi idi. Sonradan pul yığıb özü üçün antikvar mağazasını açır. Həmin mağazada işlədiyi vaxt Avropanın ən varlı adamlarından biri sayılan landqraf Qessen-Kassel Vilgelm IX ilə tanış olur. Sonrada o həmin landqrafın (Qərbi Avropada zadəgan titulu.) yaxın adamı olur və onun şəxsi bankirinə çevrilir.

27 yaşında Rotşild, Qutle Şnapper adlı bir yahudi qızla evlənir. Onların evliliyindən 5 qız və 5 oğlan dünyaya gəlir. Sonradan həmin 5 oğlan “bir əlin beş barmağı” deyə adlanacaqlar və 260 illik Rotşildlər nəslinin davamçıları olacaqlar – Amşel, Solomon, Natan, Karl, Jeyms.

Ata Rotşild öz oğullarını böyüdüb Avropanın beş ölkəsinə göndərir və onların əli ilə nəhəng bank sistemini yaradır.

Rotşild nəslinin qazandığı ən böyük məbləğlər Napoleon Bonopartın dövründə olub. Napoleonun Avropanı zəbt etmək üçün sərf elədiyi vaxtı Rotşildlər nəsli pul qazanmağa sərf edirdi.

Rotşild (Rothschild) Ailəsi
Rotşild ailəsi əcdadları Mayer Amşel Rotşild tərəfindən 18-ci əsrdə Almaniyanın Frankfurt şəhərində yəhudi gettolarında pencəyinin yaxasına asdığı sarı siyon ulduzuyla dükan kimi istifadə etdiyi kiçik bir evdə, köhnə paltar və antikvar sataraq qaranlıq güclərlə ticarətə başlamışdır. Varburq, Şiff, Loeb, Qoldman, Kuhn, Koen kimi digər yəhudi ailələrlə qarşılıqlı həmrəyliklə apardıqları ticarət və ailəvi münasibətlərlə indiki zamanda bütün dünya bazarlarını idarə edən maliyyə şirkətlərindən və Avropadakı müxtəlif ölkələrdə ən böyük bankların sahibi olan nəhəng bir imperiyanın varisidir.
Bir əsrlik zaman ərzində Rotşild ailəsi Almaniya, İngiltərə, Fransa birjalarını, daha sonra bu ölkələrin və digər ölkələrin birja və mərkəzi banklarını ələ keçirmiş, Avropada krallara, dövlətlərə kredit verəcək qədər varlı bankların, maliyyə şirkətlərinin sahibi olmuşdur.

Rotşildin villası:

dsc02855

dsc02858

dsc02856

dsc02881 dsc02880 dsc02879 dsc02878

dsc02874 dsc02873 dsc02875 dsc02877

dsc02866 dsc02865 dsc02863

Yohann Volfqanq Höte

Yohann Volfqanq Höte qədim alman ticarət şəhəri olan Frankfurt-Maynda, varlı bürger Yohann Kaspar Hötenin (1710-1782) ailəsində dünyaya gəlib. Atası imperiya məsləhətçisi, keçmiş vəkil, anası şəhər zadəganının qızı olub. Höte evdə yaxşı təhsil alıb. 1765-ci ildə Leypsiq Universitetində təhsilini davam etdirib. 1770-ci ildə Strasburqda dissertasiya müdafiə edərək Hüquq elmləri doktoru elmi dərəcəsi alıb.

Yaratdığı iki hissədən ibarət ölməz “Faust” dram-poeması dünya ədəbiyyatının ən gözəl nümunələrindən biri sayılır. Hötenin digər məşhur əsərlərinə çoxsaylı şeir-poemaları – “Vilhelm Meysterin təhsil illəri”, “Gənc Verterin iztirabları” adlı məktub-romanı, “Seçmə oxşarlıq” adlı qismən avtobioqrafik romanlarını misal göstərmək olar.

Höte alman ədəbiyyatının və XVIII əsrin sonu – XIX əsrin əvvəllərində Almaniyada Veymar klassisizmi hərəkatının ən önəmli simalarından biri idi. Veymar hərəkatı o dövrAvropa və Almaniyada İntibah, Sentimentallıq, “Tufan və Həmlə” (Sturm und Drang) və Romantizm ədəbi-fəlsəfi cərəyanları ilə eyni dövrdə baş vermişdir.

FaustRənglərin Nəzəriyyəsi əsərlərində Höte bitkilərin morfologiyasına dair elmi fikirləri ilə Darvinə ciddi təsir göstərmişdir. Höte yaradıcılığı sonralar ümumilikdə Avropa musiqisi, dramaturgiyası, poeziya və fəlsəfəsinin əsas ilhamverici qüvvəsinə çevrilir.

Yohann Volfqanq Höte 22 mart 1832-ci il (82 yaşında) infarkt (deyilənlərə görə) nəticəsində həyatını itirmişdir.

Hötenin evi:

dsc02844 dsc02849 dsc02847 dsc02847

dsc02674  dsc02679 dsc02680

dsc02681 dsc02683 dsc02684

dsc02685 dsc02686 dsc02687

dsc02690 dsc02699 dsc02695 dsc02691

dsc02702 dsc02703 dsc02704

dsc02705 dsc02717

dsc02718 dsc02724 dsc02725 dsc02728 dsc02729

dsc02754

dsc02755

dsc02759

dsc02763

dsc02770dsc02784

dsc02805   dsc02793dsc02850 dsc02818 dsc02841 dsc02849dsc02808dsc02809

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button