“Azəriqaz”ın yeni rəhbəri KİMDİR?
O, daha əvvəl “İnpatBank” (Azərbaycan) İdarə Heyətinin sədri (1993-1996), “AZEXİM” Korporasiyasının kommersiya və maliyyə direktoru (1996-2000), “Milio Commodity Services” MMC-nin Bakıdakı Nümayəndəliyinin rəhbəri (2000-2003), “Azərboru” SC-də maliyyə direktoru (2003-2013), “SOCAR Georgia Gas”şirkətinin direktoru (2014-2023) vəzifələrində çalışıb.
A. Məmmədov 2023-cü ilin mart ayına qədər “SOCAR Energy Georgia”nın baş direktorunun müşaviri vəzifəsində çalışıb. Həmin vaxt vəzifəsindən azad edilərək “Azəriqaz”a direktor müavini gətirilib.
Qeyd edək ki, Ruslan Əliyev 2019-cu ildən “Azəriqaz”a rəhbərlik edirdi. O, 1978-ci il sentyabrın 13-də Yevlax rayonunda anadan olub. Daha əvvəl “Azəriqaz”da müxtəlif vəzifələrdə çalışıb.