Mübariz Mənsimov daha bir addım atdı – VİDEO

Azərbaycanlı biznesmen, “Palmali” şirkətinin sahibi Mübariz Mənsimovun növbəti gəmisi bir neçə gündən sonra suya buraxılacaq. 44 günlük müharibədən sonra “Palmali” şirkəti öz gəmilərinin adlarının dəyişdirilərək, şəhidlərin adlarının əbədiləşdirilməsinə qərar verib.

Mayın 6-da suya buraxılacaq növbəti gəmi də şəhidlərimizdən birinin adı altında beynəlxalq sularda üzəcək. Bu barədə “Yeni Azərbaycan”a Mübariz Mənsimovun dostu, hərbi ekspert Elçin Axundzadə məlumat verib. O qeyd edib ki, gəminin suya salınması mərasimi təntənəli şəkildə keçiriləcək. ““Palmali Holding”ə məxsus gəmilərin adları dəyişdirilməyə başlayıb.

Gəmilər Vətən uğrunda savaşlarda canlarından keçən, qəhrəmancasına həlak olmuş şəhidlərimizin adlarını daşıyacaq. Məqsəd şəhidlərimizin adını ucaltmaq və dünya sularında tanıtmaqdır. Bir neçə gün öncə şəhid generalımız Polad Həşimovun adı verilmiş gəmi Azov dənizinə doğru yol aldı. Mübariz Mənsimov hər zaman xalqın xidmətində olub, bu gün də əsl patriot olaraq vətən üçün əlindən gələni etməyə səy göstərir. Şəhidlərimizin adlarını daşıyan gəmilər onların xatirəsini əbədi yaşatmaqla yanaşı, şəhid ailələri üçün də böyük təsəlli və sevincdir”,- deyə ekspert bildirib.

Xural.com

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button