Əli Əsədovun maaşla nail olduqları-ARAŞDIRMA

ali-asadov-komekci1

II hissə

I hissəni bu linkdən oxuya bilərsiniz: “Əli Əsədovun maaşla nail olduqları-ARAŞDIRMA”, https://www.xural.com/?p=27791

 

Son zamanlar ictimaiyyətə bəlli olduğu kimi kölgə kabineti məmurlarının, daha doğrusu, oliqarxların həbsləri və törətdikləri cinayət əməlləri barədə söz-söhbətlər səngimir. Bütün ictimaiyyət onlar barəsində daha hansı ciddi addımlar atacağını gözləyir.Tərəfimdən hakimiyyətdə təmsil olunan dələduz, pulu, varı-dövləti hər şeydən üstün tutan, erməni əsilli yaxınları ilə işbirliyi olan Əli Əsədovun barəsində apardığım araşdırmaları xural.com-a təqdim edirəm.

Heydər Əliyevin büstünün yerinə kimin üçün mehmanxana?!

Bu korrupsiya deyil, bəs nədir? Bu mehmanxana, restoran və kafelər kompleksi hansı pullara və kim üçün tikilmişdir? Axı həmin yerdə ulu öndər Heydər Əliyevin büstü qoyulmalı, adına park salınmalı idi və bu barədə həmin yerdə rəngli tablo da asılmışdı. Necə oldu ki, Əli Əsədov həmin yerdə mehmanxana, restoran, kafe və ticarət kompleksi inşa etdi? Əli Əsədov kimdir ki, ulu öndərə belə hörmətsizlik edir? Diqqəti çəkən məqamdır ki, “Azimport” MMC-nin Buzovna qəsəbəsində inşa etdiyi və yenidən qurduğu bu və ya digər obyektlərin (mehmanxana və ətrafında tikilən obyektlər istisna olmaqla) hamısı 01 yanvar 2002-ci ildə qüvvədə olan AR Dövlət Tikinti Normalarına daban-dabana ziddir. Təkcə ona göstərmək kifayətdir ki, Əli Əsədov bacısının adına rəsmiləşdirsə də, faktiki olaraq özünə məxsus Arzu Mirzəyev küçəsində yerləşən mülkünün yanında, həmin yolun solunda inşaat norma və qaydaları ilə qəti surətdə tikintisi qadağan edilən qırmızı xətdə qanunsuz olaraq yeni tikintilər inşa edilmişdir. Heç bir sənədi olmayan bu 4 mağazanı sökmək əvəzinə, həmin küçədə yerləşən 2 saylı binanın yaşıllıq zonasının zəbt edilməsi hesabına özünə yeni mağaza inşa etdirmişdir. Bələdiyyənin sədr müavini Rahib Rzayevin yaxınlarına məxsus olan mağazaları, büdcə vəsaiti hesabına qanunsuz olaraq yenidən qurmuş, bəzilərinin arxasını binanın yaşıllıq zonası hesabına genişləndirmiş və bəziləri üçün nəyinsə hesabına yenilərini inşa etmişdir. Nəticədə həmin kücədə memarlıq qaydaları ilə qəti olaraq qadağan edilmiş qırmızı xətdə elleps formalı bina inşa edilmişdir.

Uzunluğu 100 metr olan tikinti kimin üçün tikdirilir?!

Buzovnada hamı xəbərdardır ki, Əli Əsədov və icra başcısı G.İslamov, Rasim İmanov kücəsi-2A nömrəli evin həyətində insanların mülkiyyətində, sahibliyində və qanuni istifadəsində olan mülk və torpaq sahələrini, qaraj və digər köməkci sahələri sökdürərək onların altındakı Bələdiyyə mülkiyyətində olan torpaq sahələrini də ələ keçirərək, həmin yerdə uzunluğu 100 metrə yaxın, bir tərəfdən 12, digər tərəfdən isə 18 metrdən ibarət özləri ücün iki mərtəbəli, təyinatı hələ də məlum olmayan, ancaq iş icracılarının dediyinə görə, ölkənin tanınmış insanlarından birinə guya hədiyyə olacaq obyekt tikdirməkdədir. Halbuki aldığımız məlumata görə, həmin obyekt ona və icra başcısı cənab G.İslamova tikilir, sadəcə, Arif Paşayevin adından sui-istifadə olunur. Bu hərəkət dövlət büdcəsindən ayrılan vəsaitin mənimsənilməsini gizlətmək məqsədi daşıyır. Eyni zamanda bildiririk ki, Əli Əsədov abadlıq, təmir məqsədilə dövlət büdcəsindən ayrılmış vəsaitləri də mənimsəyərək talan etməklə Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sağında, Nizami adlı şəxsin qapı-pəncərə sexinə bitişik 1,5 hektar torpaq sahələrini ayrı-ayrı şəxslərdən hər sotuna 10-20 min manat verərək aldıqdan sonra 2012-2013-cü ildə o sahədə dördmərtəbəli, üstü mansardlı, hətta xan, bəy və oliqarxların evlərini kölgədə qoya bilən mülk tikdirmiş, həmin mülkün küçədən görüntüsünü gizlətmək ücün qarşısına 5-6 metr hündürlükdə hasar çəkmişdir. Bir nəfərin vəzifə maaşı ilə bunları necə əldə etmək olar?

Və bunlar bəs etmirmiş kimi, mənə məxsus obyekti də təzminat ödəmədən ələ kecirir?

Əli Əsədov Rafael Allahverdiyevin torpağını necə ələ keçirdi?

Əli Əsədov Buzovna qəsəbəsində yerləşən Beynəlmiləl kücəsinin – Gənclik pansionatının sonunda 4 ailəyə məxsus ümumi torpaq sahəsi 0,40 hektara bərabər olan torpaqların hər sotuna 40 min manatdan alaraq evləri sökərək yerində təyinatı məlum olmayan bina inşa etdirmiş, o tikintiləri yarımcıq qoyaraq bu dəfə artıq 2015-ci ilin yanvar-fevral ayında Buzovna qəsəbəsində Bakının sabiq meri mərhum R.Abdullayevə məxsus 0,30 hektar torpaq sahəsində inşa etdirilmiş 3 mərtəbəli evi və həmin evə bitişik ümumi sahəsi 0,20 hektar olan torpaq sahələrini də alaraq o sahələrdə yerləşən 2 mülkü də sökərək hal-hazırda orada yeni ev tikintisi ilə əlaqədar hazırlıq işləri aparmaqdadır. Dəqiq məlumata görə, o, təkcə R.Allahverdiyevə məxsus evi 1.500.000 manata, digər 2 evi isə 600.000 manata almış və digər ev və torpaq sahələri kimi bunları da başqa şəxslərin adına rəsmiləşdirmişdir. Məmur olan və cox güman ki, əmək haqqı maksimum 2000 min manata bərabər olan Əli Əsədov görəsən, iki miliyon manatı haradan almışdır? Görəsən, nəyə görə bu fakt korrupsiya və rüşvətxorluqla mübarizə komissiyasını və Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsini maraqlandırmır? Bu barədə Prezidentin şəxsi saytına və ünvanına göndərdiyimiz ərizələrdə ətraflı məlumatlar verilsə də, heç bir tədbir görülməmişdir. Bəzən adama elə gəlir ki, Prezidentin korrupsiya və rüşvətxorluğa qarşı son iki ildə olan çıxışları və məmurlardan etdiyi tələblərə inzibati orqanlar tərəfindən əhəmiyyət verilmir, əks halda Əli Əsədov və Xəzər RİH başçısı G.İsmayılov barədə tədbir görülərdi.

Əli Əsədov xiyar-pomidor biznesində…

Büzovna qəsəbəsi və digər yerlərdə, o cümlədən Dənizkənarı bulvarda aparılan işləri də Əli Əsədovun himayənsində olan və faktiki onun özünə məxsus “Azimport” MMC aparır. Əli Əsədov təkcə Buzovna qəsəbəsində özünə Buzovna-Maştağa yolunun üstündə, yolun sağında və solunda 2 mülk tikdirmiş, həmi yolun sağında yerləşən hazırda Buzovna Bələdiyyəsinin sədri olan Mətləb adlı şəxsdən “May frend” kafesini 250 min manata, Buzovna qəsəbəsində yerləşən Malik adlı şəxsə məxsus mədəniyyət sarayının yanında yerləşən və ƏMDK-nin balansında olan “Reyhan” restoranını Namik Atakişiyevdən 800 min manata alaraq restoran kimi işlətmişdir. Buzovna qəsəbəsində “Azimport” MMC tərəfindən inşaat işləri aparan zaman isə Mədəniyyət sarayının qarşısındakı Rasim İmanov kücəsində yerləşən “Zaqulba” marketi də sökərək onun sahibi Rasim Qurbanova büdcədən əsassız olaraq külli miqdarda pul ödəmiş və pulun bir hissəsinə onunla şərikli qaydada Hollandiyadan gətirdiyi avadanlıq hesabına parnik quraraq pomidor, xiyar əkdirərək artıq satışına başlamışdır. Xüsusi ilə qeyd etmək istəyirəm ki, Əli Əsədov İcra başcısı İslamovla əlaqəyə girərək, onun müavini Əli Heydərovun imzası ilə saxta 2010-cu il tarixli guya “Laləndə” kiçik müəssisəsinə məxsus obyektlərin rekonstruksiyası adı ilə verdiyi sərəncam əsasında Mədəniyyət sarayının guya uçma təhlükəsi olduğu barədə saxta rəy alaraq sökmüş və yerində öz adına rəsmiləşdirdiyi mehmanxana, restoran və kafelər kompleksi tikdirmişdir. ƏMDK-nin balansında olan “Reyhan” restoranının yerində yenə də büdcə hesabına özünə məxsus restoran,”Zaqulba” marketin yerində isə mehmanxanaya qədər uzanan, hələ də digər obyektlər kimi təyinatı məlum olmayan 600 metrlik yol boyu avtomaşın dayanacağı olan möhtəşəm, 3 hissədən ibarət ticarət-kino və konsert kompleksi inşa etdirmişdir. Bütün bu obyektlər ”Laləndə” kicik müəssisəsinin təsisçisi Malik Atakişiyev və onun oğlu Namik Atakişiyevin adına olsa da, obyektin böyük hissəsi Rasim Qurbanovun adına rəsmiləşdirilmiş, əvəzində həmin kompleksdən ona 2-3 dükan yeri veriləcəyi vəd edilmişdir. Rasim Qurbanovla sövdələşmədə vasitəci kimi onun “İpək Yolu” avia şirkətinin direktoru işləyən qudası və onun Qaradağ Rayon Polis İdarəsinin rəisi işləyən qardaşı İntiqam Mirsalayev qarant kimi iştirak etmişlər.

3 ədəd “Leksus”, “Mercedes”, “Qalenvaqen”lər maaşla alına bilərmi?!

Görəsən, Əli Əsədov axırı dövlət nömrə nişanları 200-lə qurtaran, hər birinin qiyməti təxminən 120-150 min manat dəyərində olan “Leksus” markalı 3 avtomaşını, sonuncu model “Mercedes-S” və “Qalenvaqen” avtomaşınlarını hansı pullara alıb? Görəsən, təkcə Buzovna qəsəbəsində aldığı və tikdirdiyi obyekt və mülklərdə saxladığı 20 nəfərə yaxın cangüdənlərin əmək haqlarını hansı mənbədən ödəyir? Təkrar edirik və bilmək istəyirik, dövlət qulluqçusunun vəzifə maaşı ilə bu qədər varidata necə nail olmaq olar? Dəhşətli haldır ki, Buzovna qəsəbəsində yerləşən 26 saylı orta məktəbin ətrafında cəmisi 27 obyekt söküldüyü halda, qəsəbədə yuxarıda adı cəkilən məmurlara məxsus olan obyektlərini icarə müqaviləsi əsasında Rusiya Federasiyasının vətəndaşı olan Elcin Quliyev və digər obyekt sahibləri ilə birlikdə iştirak etdikləri iclasda həmin obyektləri öz puluna tikdirdiyini bildirib. O zaman indi niyə bu sözlərindən imtina edir? Bu pulları haradan qazanıb ki, öz puluna sahibkarlara obyekt tikdirir, özü də nə az, nə çox – 158 mağaza. Sual olunur, bunlar hansı vəsait hesabına tikilmişdir? Məlumdur ki, “Azimport” MMC-nin bu fəaliyyəti büdcədən qəsəbənin sosial-iqtisadi inkişafı ücün ayrılan vəsaitlərdən istifadə edilməklə baş verib, özü də qanunsuz olaraq Bələdiyyə sədrinin razılığı ilə “zəbt” edilmiş torpaq sahəsində. Görəsən, Bələdiyyə sədri niyə bu torpaqların üzərində tikilmiş obyektlərin sökülməsi və torpaqların geri qaytarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmir? Diqqəti cəkən həm də odur ki, Buzovna qəsəbəsində yerləşən 26 saylı məktəbin ətrafında Əli Əsədovun sökdürdüyü mağazaların bir necəsini çıxmaq şərti ilə qalanları qanunsuz, yəni torpağın ayrılması ilə əlaqədar Buzovna bələdiyyəsinin ovaxtki sədri, hazırda sədr müavini olsa da, faktiki olaraq bələdiyyəni idarə edən Rahib Rzayevin qanunsuz sərəncamları və Xəzər rayon İH başcısının mövcud olmayan “budka”ların rekonstruksiyası adı altında verilmiş saxta sərəncamlar əsasında satılmış torpaqlarda inşa olunan qanunsuz tikililərdir.
İcra başcısı təkcə bələdiyyələr yaradılandan sonra və bu günə qədər yüzlərlə belə saxta sərəncamlar əsasında rayonun müxtəlif ərazilərində hektarlarla torpaq sahələri satmış və sonradan onların rəsmiləşdirilməsi ücün saxta sxemlər və istismara qəbulu barədə saxta sərəncamlar vermişdir.

Əli Əsədov “Reno” şirkətini necə özününküləşdirib?

Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov və Xəzər rayon İcra Başcısı əvvəllər bazarlarda gülsatan İslamov adlı şəxsin kimliyi barədə araşdırmalarımız davam edəcək. Əli Əsədovun rüşvətxor və korrupsioner olması faktdır. Niyə və kim tərəfindən himayə olunduğu, hörmətli Prezident, Sizə məlumdur. Bu adam eyni yollarla – dələduzluqla Baba və Fəxrəddin Məmmədov qardaşlarının “Reno” şirkətini əllərindən inzibati resurslardan istifadə edərək alıb. Babanı həbs etdirərək onu 10 il müddətinə azadlıqdan məhrum etdirib.
Eləcə də Əli Əsədov mən – hüquq müdafiəçisi Bəxtiyar Məmmədovu, Müdafiə Nazirliyinin 600 saylı HHQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanovla əlbir olaraq “Bayraq meydanı” ətrafında gedən söküntü-tikinti və abadlaşdırma işləri ilə əlaqədar köçürüləcək ailələrə veriləcək 2.000.000 (iki milyon) AZN pulu mənimsədikləri halda susmadığıma görə həbs etdirdilər. Qondarma şər-böhtandan ibarət olan müraciət Əli Əsədovun tapşırığı ilə dostu MTN-nin sabiq şefi Eldar Mahmudovun göstərişi əsasında, əmisi oğlu, Səbail rayon Polis İdarəsinin sabiq rəisi İlqar Mahmudovun vasitəsi ilə yerinə yetirildi və məni həbs etdilər.

“Azimport” şirkəti inhisarçıdır

“Azimport” şirkətinin 2000-ci illərin əvvəllərindən etibarən Bakının və bütün Abşeronun yenidən qurulması layihələrində demək olar ki, inhisarçı mövqe qazanmış və demək olar ki, dövlət içində dövlətə çevrilmişdir. Bu şirkət həm ev tikir, həm məktəbləri təmir edir, həm küçə və prospektləri yenidən qurur, həm yaşıllaşdırma işlərini yerinə yetirir, nəhayət, həm də Milli Parkı “tikib-qurur”du. Bu şirkət yüz milyardları əlində fırladırdı. Ölkənin bütün banklarında büdcə vəsaitlərinin izlərinə rast gəlmək olar. Bu şirkətin başında isə Azərbaycanın yeni tarixinin müxtəlif mərhələlərində Əliyev hakimiyyətinin dayaqlarını laxmatmağa calışan bu şəxslər dayanıbdır.
Vaxtilə vətənə xəyanətdə suçlanmış, sonradan müəmmalı səbəblərdən silah gəzdirmə, silah saxlama maddəsi ilə 2 il cəzaya məhkum olunmuş sabiq OMON-çu Azər Əsgərovun Eldar Mahmudovla, Əli Əsədovla, erməni əsilli bayraq meydanının sabiq rəisi – hazırda həbsdə olan Rəşad Məmmədovla dələduzluq fəaliyyətləri barədə, həyata keçirə bilmədikləri arzuları haqqında gələcəkdə apardığım araşdırmalar haqqında ictimaiyyəti məlumatlandıracağam. Həmin bu Azər Əsgərov Qazax, Ağstafa və Tovuz rayonlarında, hazırda ömürlük həbsdə olan Elçin Əmiraslanovun rəhbərliyi altında dövlət qurumlarına qarşı hücum təşkil edən bir şəxs olmuşdur. Bu faktlardan bütün inzibatı orqanlar məlumatlı olsa da, müəmmalı səbəblərdən göz yummuşlar. Onu da qeyd edim ki, Azər Əsgərov sabiq OMON komandiri, keçmiş DİN müavini olmuş Rövşən Cavadovla yaxın münasibətlərdə olub. Azər Əsgərov bayraq meydanının sabiq rəisi, erməni əsilli, Əli Əsədovun göstərişi ilə Eldar Mahmudov tərəfindən tərcümeyi-halı saxtalışdırılan və hal-hazırda həbsdə olan Rəşad Məmmədovun qaynıdır. Heydər Əliyev hakimiyyətinə güllə atmış bir cinayətkar Əli Əsədov tərəfindən bu gün milyonçuya çevrilib.

 

Bəxtyar Məmmədov

“İnamla Hüquq” MMC-nin direktoru

Əlaqəli məqalələr

1 şərh

  1. BU DƏLƏDUZ KİMİN VASTƏSİ İLƏ VƏ NECƏ OLUB Kİ,ƏVVƏLCƏ ÖLKƏ PREZİDENTİNİN KÖMƏKCİSİ VƏ DAHA SONRA PREZİDENT ADMİNİSTRASİYASININ İQTİSADİ MƏSƏLLƏR ÜZRƏ MÜAVİNİ VƏZİFƏSİNƏ TƏYİN EDİLİB? NİYIƏ GÖRƏ BU ALCAQ NİYYƏTLİ ŞƏXS UZUN MÜDDƏT ƏRZİNDƏ BULVARşBAYRAQ MEYDANI,FANTANLAR MEYDANI ,BAYIL,bUZOVA,VƏ BAKININ DİGƏR QƏSƏBƏLƏRİNDƏ ABADLIQ İŞLƏRİ ADI ALTINDA VƏTƏNDAŞLARİNKONSİTUTSİON HÜQUQLARINI POZARAQDAŞINMAZ ƏMLAKLARINI QANUNSUZ OLARAQ SÖKƏRƏK KOMPENSASİYALARI MƏNİMSƏYƏRƏK ÖZÜNƏ VƏ ERMƏNİ ƏSİLLİ ŞƏRİKİ RƏŞAD MƏMMƏDOV VƏ AZƏR ƏSKƏROVUN ADINA100-LƏ MƏNZİL,RESTORAN,OFİS VƏ TİCARƏT MƏRKƏIXLƏRİ OTELLƏR İNŞAEDƏRƏK MÜLKİYYƏTLƏRİNƏ QİSA MÜDDƏTDƏBANDANIN əmdkOTURAN RƏHBƏRLƏRİ VASİTƏSİ RƏSMİLƏŞDİRƏ BİLİEİNSAKLARİSƏ ÖZ ZƏHMƏTLƏRİ HESABINA İNŞA ETDİKLƏRİ VƏ ÖZƏLLƏŞDİRMƏK İSTƏDİKLƏRİ OBYEKTLƏRİ OZƏLLƏŞDİRƏ BİLMİRLƏR.? NİYƏ GÖRƏ BU DƏLƏDUZ ELDAR MAHMUDOVUN XAC ATASI KÖLGƏ KABİNETİNİN İDEYA RƏHBƏRİ,MİLYONLARLA BÜDCƏ VƏSAİTİ VƏ ARDNŞ,VƏTƏNDAŞLARƏN
    İQSİMASINI İTİRMİŞ ŞƏXS VƏTƏDALARA OCIMLƏDƏN MƏNƏ CATASIKOMPENSASİYANI MƏNİMSƏMƏSİ BARƏDƏ İNZİBATİ ORQANLARA VƏ ÖLKƏ PREZİDENTİNİN ŞƏXSİ SAYTINA 2011-Cİ İLDƏN BAŞLAYARAQ 4 DƏFƏ MÜRACİƏT ETDİYİM HALDA BU GÜNƏ QƏDƏR CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB EDİLMƏYİB? NİYƏ GÖRƏ aLİ MƏNKƏMƏNİN SƏDRİ R. RZAYEVMƏHKƏMƏLƏRİN İCRAATINDA OLAN İŞLƏR ÜZRƏ ONUN XEYRİNƏ QƏTNAMƏ VƏ QƏRARACİXARMAGI DAVAM ETDİRİR,ONLAR HANSI TELLIR BAGLAYIR? vƏ BU TELLƏR mtnSABİQ RƏHBƏRİ eLDARMAHMUDOVAQƏDƏR UZANMASI VƏ KILGƏ KABİNETİNI CIXMASI ACİQ SURƏTDƏ BAGLI OLDUGU HALDA NİYƏ,NƏ ÜCÜN VƏ KİMİN TƏRƏFİNDƏN HİMAYƏ EDİLƏN VƏ YÜZLƏRLƏQANUNSUZ QƏRARLAR QƏBULU BİLAVASİTƏ rAMİZ rZAYEVİN GÖSTƏRİŞLƏRİ ƏSASINDA QƏBUL EDİLMİŞ QƏRAR VƏ HÖKMLƏRDƏN aVROPA MƏHKƏMƏSİNƏ VERİLMİŞ VƏ TƏMİN EDİLMİŞR ÜZRƏ aZƏRBAYCAN DIVLƏTİ CAVABDEH KİMİ CIXIŞ EDİR. bU ŞƏXS UZUN MÜDDƏTDİRKİ,ÖLKƏNİN İMEDJİNƏ ZƏRƏ VURDUGU HALDANİYƏ TUTDUGU VƏZİFƏSİNDƏ QALARAQ CİNAYƏT XARAKTERLİ HƏRƏKƏITLƏRİNİ DAVAM ETDİRMƏKDƏDİR.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button