Ərdoğan: ”Bunlar siyasi cahillərdir”

CHP lideri Kamal Kılıçdaroğlunun siyasətdən anlayışı yoxdur.
Xural.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Mən o şəxsin (Kılıçdaroğlu) adını çəkmək istəmirəm. Ana müxalifətin başında duran şəxs prezident üsuli-idarəsi ilə bağlı “Qan tökülür” ifadəsini işlədir. Bunlar siyasi çaşqınlıq içindədir və siyasətdən anlayışları yoxdur. Məgər Amerikada prezident üsuli-idarəsinə keçərkən qan töküldü? Yeni sistemə keçidlə bağlı yalnız xalq qərar verə bilər. Son qərarı millət verir. Əgər millət bu qərarı  verəcəksə, sən də sakitcə, quzu-quzu milləti təqib edəcəksən. Bunlar siyasi cahillərdir”, – Ərdoğan bildirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button