Əsas kapitala 880.7 milyon manat vəsait yönəldilib

statistika-komitesi-

2016-cı ilin yanvar ayında əsas kapitala ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən 880.7 milyon manat vəsait yönəldilib.

Xural.com Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 761.4 milyon manat, bank kreditləri 58.3 milyon manat, büdcə vəsaitləri 17.2 milyon manat, büdcədənkənar fondların vəsaitləri 11.5 milyon manat, əhalinin şəxsi vəsaitləri 30.8 milyon manat, digər vəsaitlər 1.5 milyon manat təşkil edib.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi ümumi sərmayənin 28.5 faizini təşkil edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button