ƏSGƏR ANASI OĞLUNUN DÖYÜLƏRƏK ÖLDÜRÜLDÜYÜNÜ İDDİA EDİR

10.08.2012

Bərdədə yerləşən “N” saylı hərbi hissədə Gədəbəy rayonundan hərbi xidmətə çağırılmış 18 yaşlı Pərviz İsgəndərlinin anası oğlunun intihar etməsi haqda məlumatın yalan olduğunu iddia edir. Bu barədə RATİ-nin Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında əsgərin anası Kifayət İsgəndərova bildirib.

Ana iyulun 13-də komandirin zəng edərək oğlunun hərbi hissənin ərazisində özünü asaraq öldürdüyü məlumatı verdiyini deyib. Oğlunun intihar etməsinə inanmayan Kifayət İsgəndərova övladının öldürüldüyünü iddia edir. “Mənim oğlumu vəhşicəsinə döyüb, sonra öldürüblər “-deyən əsgər anası oğlunun bədənində çoxlu sayda çızılma, çapıq, işgəncə əlamətlərinin olduğunu bildirib. Bundan əlavə o Bərdədə oğlunun hərbi qulluq keçdiyi hissədə komandirlərin əsgərlərə işgəncələri barədə məlumat verib. Övladını müəmmalı şəkildə itirmiş Kifayət İsgəndərova aidiyyatı qurumlardan oğlunun ölümünün hərtərəfli araşdırılmasını tələb edir. Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Azərbaycan Mərkəzinin direktoru Ələkbər Məmmədov əsgər Pərviz İsgəndərlinin naməlum şəkildə dünyasını dəyişməsi ilə bağlı cinayət işini Respublika hərbi prokurorluğunun apardığını bildirib. Onun sözlərinə görən hazırda bu iş üzrə 3 əsgər saxlanılıb və onların kimliyi barədə məlumat verilmir. Hüquq müdafiəçisi son zamanlar belə hadisələrin artdığını qeyd edərək məsələnin beynəlxalq səviyyədə ictimailəşməsinin önəmli olduğunu vurğulayıb.

http://obyektiv.tv/index.php?option=com_jomtube&view=video&id=3490&Itemid=33&lang=az

<iframe width=”560″ height=”315″ src=”http://www.youtube.com/embed/0Am9bIlu4a8″ frameborder=”0″ allowfullscreen></iframe>

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button