Əvəz Zeynallı Rotşildin villasında,Hötenin ev muzeyində – FOTO
Strateq.az onun həm Rotşildin villasından, həm də Hötenin ev muzeyindən çəkdiyi fotoları dərc edir.
Dünyanın 17 trilyon dollarına nəzarət edən adamın evi çox nəhəngdir. Ucu-bucağı yoxdur. Yeni dünyanı yaradanlardandır Rotşild…
Məlumat üçün deyək ki,
Rotşild Mayer Amşel 23 fevral 1744-ci ildə doğulub. Uşaqlığını indiki Almaniya ərazisində yəhudilər üçün ayrılmış gettolarda keçirib. 20 yaşında yerli bankların birində təcrübə keçib işi öyrənəndən sonra, babasının işini davam etmək üçün ailəsinin yanına qayıdır. Onun birinci işi qızıl sikkə, medalların satışı və dəyişdirilməsi idi. Sonradan pul yığıb özü üçün antikvar mağazasını açır. Həmin mağazada işlədiyi vaxt Avropanın ən varlı adamlarından biri sayılan landqraf Qessen-Kassel Vilgelm IX ilə tanış olur. Sonrada o həmin landqrafın (Qərbi Avropada zadəgan titulu.) yaxın adamı olur və onun şəxsi bankirinə çevrilir.
27 yaşında Rotşild, Qutle Şnapper adlı bir yahudi qızla evlənir. Onların evliliyindən 5 qız və 5 oğlan dünyaya gəlir. Sonradan həmin 5 oğlan “bir əlin beş barmağı” deyə adlanacaqlar və 260 illik Rotşildlər nəslinin davamçıları olacaqlar – Amşel, Solomon, Natan, Karl, Jeyms.
Ata Rotşild öz oğullarını böyüdüb Avropanın beş ölkəsinə göndərir və onların əli ilə nəhəng bank sistemini yaradır.
Rotşild nəslinin qazandığı ən böyük məbləğlər Napoleon Bonopartın dövründə olub. Napoleonun Avropanı zəbt etmək üçün sərf elədiyi vaxtı Rotşildlər nəsli pul qazanmağa sərf edirdi.
Rotşildin villası:
Yohann Volfqanq Höte
Yohann Volfqanq Höte qədim alman ticarət şəhəri olan Frankfurt-Maynda, varlı bürger Yohann Kaspar Hötenin (1710-1782) ailəsində dünyaya gəlib. Atası imperiya məsləhətçisi, keçmiş vəkil, anası şəhər zadəganının qızı olub. Höte evdə yaxşı təhsil alıb. 1765-ci ildə Leypsiq Universitetində təhsilini davam etdirib. 1770-ci ildə Strasburqda dissertasiya müdafiə edərək Hüquq elmləri doktoru elmi dərəcəsi alıb.
Yaratdığı iki hissədən ibarət ölməz “Faust” dram-poeması dünya ədəbiyyatının ən gözəl nümunələrindən biri sayılır. Hötenin digər məşhur əsərlərinə çoxsaylı şeir-poemaları – “Vilhelm Meysterin təhsil illəri”, “Gənc Verterin iztirabları” adlı məktub-romanı, “Seçmə oxşarlıq” adlı qismən avtobioqrafik romanlarını misal göstərmək olar.
Höte alman ədəbiyyatının və XVIII əsrin sonu – XIX əsrin əvvəllərində Almaniyada Veymar klassisizmi hərəkatının ən önəmli simalarından biri idi. Veymar hərəkatı o dövrAvropa və Almaniyada İntibah, Sentimentallıq, “Tufan və Həmlə” (Sturm und Drang) və Romantizm ədəbi-fəlsəfi cərəyanları ilə eyni dövrdə baş vermişdir.
Faust və Rənglərin Nəzəriyyəsi əsərlərində Höte bitkilərin morfologiyasına dair elmi fikirləri ilə Darvinə ciddi təsir göstərmişdir. Höte yaradıcılığı sonralar ümumilikdə Avropa musiqisi, dramaturgiyası, poeziya və fəlsəfəsinin əsas ilhamverici qüvvəsinə çevrilir.
Yohann Volfqanq Höte 22 mart 1832-ci il (82 yaşında) infarkt (deyilənlərə görə) nəticəsində həyatını itirmişdir.
Hötenin evi: