Əvəz Zeynallının ATƏT-in Bakı ofisinin nümayəndələrilə görüşünün qarşısı alınıb

06.08.2012

10 aya yaxındır ki, Bakı İstintaq Təcridxanasında saxlanılan “Xural”  qəzetiinin baş redaktoru Əvəz Zeynallının beynəlxalq təşkilat nümayəndələrilə görüşünə icazə verilməyib.

Baş redaktor məhkəmədə çıxışı zamanı qeyd edib ki, ATƏT nümayəndələrinin BTİ-yə ziyarəti zamanı Ə.Zeynallı ilə görüşmək cəhdləri təcridxana rəhbərliyi tərəfindən müxtəlif bəhanələrlə rədd edilib. Bundan əvvəl də istər Ombudsman Aparatından gələn əməkdaşlarla, istərsə də müxtəlif beynəlxalq təşkilatların nümayəndələrinin Ə.Zeynallı ilə görüşmək istəklərinin qarşısı, “o hazırda burada yox, məhkəmədədir” kimi bəhanələrlə alınıb.

Ə.Zeynallı bu məsələ ilə bağlı da müvafiq təşkilatlara etirazını bildirmək niyyətindədir.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button