Əvf olunan 634 nəfər arasında cəmi 12 siyasi məhbus var (YENİLƏNİB)

Prezident İlham Əliyevin imzaladığı əvf fərmanı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə.

Əvf 634 nəfərə şamil edilib, onların 607 nəfəri həbsdən azad edilir.

Bir nəfər icrası təxirə salınmış cəzadan azad edilib.

Mühakimə edilmiş 9 şəxs əvf olunub. Daha 11 nəfər islah işlərindən azad edilib.

Siyasi məhbus siyahılarından əvf cəmi 12 nəfərə şamil edilib. Bu, əsasən dindarlardır.

Hələ “Eurovision 2012” ərəfəsində həbs edilmiş Valeh Abdullayev də onlar arasındadır.

Davud Kərimov və Eşlad Rzayev 5 oktyabr 2012-ci il tarixində hicabın qadağan edilməsinə qarşı etiraz aksiyasında iştiraka görə həbs edilib.

Nadir Babayev, Əliağa Qasımov, Hilal Cabbarov, Ələsgər Qurbanov, Fail Şahbazov və Natiq Şahbazov Nardaran hadisələri ilə əlaqədar qanunsuz silah saxlamaq ittihamı ilə həbs edilib.

Xalq Cəbhəsi Partiyasının fəalı, onkoloji xəstəlikdən əziyyət çəkən Elnur Fərəcov da azad edilir.

Həmçinin, yazıçı Saday Şəkərli əvf olunub.

Əvf olunanlar arasında bir jurnalist və ya bir məşhur siyasi xadim, habelə dini lider yoxdur.

Vətəndaş cəmiyyətinin Siyasi Məhbuslar üzrə İşçi Qrupunun məlumatına görə, onların sayı 142 nəfər təşkil edir.

Siyasi Məhbusları Müdafiə Mərkəzinin məlumatına görə, ölkədə siyasi məhbusların sayı 161 nəfərdir. -06D-

* * *

2018 May 24 (Cümə axşamı) 17:41:44

600 məhbusa şamil edilmiş əvf fərmanı imzalanıb

Mayın 24-də günün ikinci yarısında dövlət başçısı 600 məhbusun əvf edilməsi haqqında fərman imzalayıb. Fərman hələ dərc edilməsə də, Əvf Komissiyasındakı mənbələr əvf olunanlar arasında 12 siyasi məhbus olduğunu bildiriblər. Konkret adlar açıqlanmır.

Sənədin yaxın saatlarda dərc ediləcəyi gözlənilir.(turan.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button