11 milyon manat və daman ev – VİDEO

 meydan

86 yaşlı Sumqayıt sakini 2 aya yaxındır hər yağış yağanda evdəki qabların hamısını döşəməyə düzür ki, aşağıdakı qonşunun evinə su dammasın. Sumqayıtda dam örtükləri dəyişdiriləndən bəri evin üstü açıq qalıb. Yağan yağışlar 86 yaşlı sakinin evinə damır.

17-ci mikrorayonda yaşayan sakin hər dəfə evini su basanda Sumqayıt şəhər İcra Hakimiyyətinə gedir. Orada problemini dinləyib yenə daman evinə yola salırlar.

Famil Yusibov deyir ki, evinin üstün vurmaq üçün usta tapmır.  Damı quraşdıran ustalar onlara pul verilmədiyini deyərək iş görməkdən imtina edirlər.

Sumqayıtda binaların dam örtüklərinin dəyişdirilməsi üçün  3 ay aralıqla iki sərəncam imzalanıb. Ölkə başçısı İlham Əliyevin  2015-ci ilin 15 dekabrında imzaladığı sərəncamla Sumqayıtdakı 100 binada dam örtüklərinin dəyişdirilməsi üçün Prezidentin Ehtiyat Fondundan 5 milyon manat ayrılıb. Bu il 3 martda eyni məqsədlə Prezidentin Ehtiyat Fondundan Sumqayıta 6,5 milyon manat sərf olunub. Toplam 11 milyon yarım vəsait sərf olunan təmiri hansı şirkətin gördüyünü, fəhlələrə nəyə görə pul verilmədiyini, vətəndaşın iki aya yaxındır niyə su içində yaşadığının izahını Sumqayıt Şəhər  İcra Hakimiyyəti vermədi.

Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı  İstehsalat Birliyinin rəisi Rahim Mustafayev şikayətçinin problemi ilə maraqlanacağını bildirib.

86 yaşlı sakin isə hər yağış yağanda ağladığını deyir: “Başıma “klyonka” çəkib, orada oturub ağlayıram”.

Meydan.tv

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button