BAŞ PROKURORLUQ NƏ VAXTADƏK İNSANLARI SAXTA İTTİHAMLARLA HƏBS EDƏCƏK?

Hazırda saxta ittihamlarla həbs olunduğunu iddia edən Əliyev Ümman Bəhruz oğlu xural.coma-a müraciət ünvanlayıb. Müraciəti dəyərli oxucularımızın diqqətiə çatdırırıq:

“DTX Baş Prokurorluğun barəmizdə 11.02.2022-ci il tarixdə əsassız olaraq, AR CM-nin 182.2.2. 182.2.4-cü maddaləri ilə ittiham irəli sürüb. İttiham aktında qeyd olunur ki, güya biz əvvəlcədən əlbir olaraq zərərçəkmiş şəxs qismində elan olunan Tariyel Qurbanlı adlı bir nəfərdən bizdə çılpağ şəkillərinin olduğunu bildirib, ondan hədə-qorxu yolu ilə pul tələb etmişik. Halbuki bizdə nə elə şəkillər, nə də ona dair bir sübut olub.  Mən haqqında bəs edilən həmən pulu şəxsi münasibətlərimizə dayanaraq, müalicə olunmağım məqsədilə borc almışam. Vəsaiti vaxtında ödəyə bilmədiyimdən zərərçəkmiş şəxs aldandığını düşünüb və Dövlət Təhlükəsizlik Xidmətinə şikayətlə müraciət edib.

DTX dindirmə keçirən zaman işin onlara aid olmadığını görərək, işi Baş Prokurorluğa təhvil verib. Baş Prokurorluq da heç bir əsas olmadan “hədə-qorxu yolu ilə pul tələbetmə” maddəsiylə yenidən sanksiya tətbiq edərək cinayət işinə başlayıb. Baş Prokurorluqda ilkin ifadəmdə işi təvsilatıyla danışsam da daha sonra Baş Prokurorluğun Xüsusi Mühim İşlər üzrə müstəntiqi Rövşən Yusifov yanıma gəldikdən və onunla hadisənin bütün təfsilatını bölüşsəm də, verdiyim ifadəni  qanunsuz olaraq dəyişib və pulu “hədə-qorxu” ilə aldığımı desəm əvəzində bizi Bakı Ağır cinayətlər məhkəməsindən sərbəst buraxılacağımıza söz verib. Bununla da vəzifə səlahiyyətlərini ciddi şəkildə pozaraq, əlində olan imkanlardan sui-istifadə edərək, əsas götürülən ifadəmdə bir çox faktları istintaqdan gizli saxlayıb.

Daha sonra Bakı Ağır Cinayətlər məhkəməsində Azər Paşayevin sədrliyi ilə keçirilən məhkəmə proseslərində nə həqiqəti deməyə, nə də məhkəmənin ədalətli keçirilməsinə imkan verilmədi. Daha sonra Bakı Appelyasiya Məhkəməsində də Elmar Rəhimovun sədrliyi ilə keçirilən məhkəmə iclaslasında eyni hal təkrar olundu.

Şəxsi mənafeləri naminə bütün qanunları, insan haqlarımı pozaraq bir sıra qanunsuzluqlara yol verildi. Bununla bağlı bütün aidiyyatı qurumlara müraciətlər ünvanlasam da hələ də məsələyə heç bir hüquqi qiymət verilməyib. Bu ədalətsizliyə dözməyərək, bir neçə dəfə intihara cəhd etmişəm. Özümü asarkən, son anda məhbus yoldaşlarım tərəfindən ölümdən xilas edilmişəm. Məqsədim ədalətin bərpa olunmasıdır. Növbəti instansiya məhkəməsində bütün qanunsuz məqamları açıb deyəcəyəm üçün azad media nümayəndələrinə mənim məhkəmə proseslərimi işıqlandırmalarını xahiş edirəm. Bir insanın haqsız olaraq Baş Prokurorluğun saxta ittihamları ilə həbsdə çürüməsinə raı olmayacağınıza ümid edirəm!”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button