2016-cı ildə Azərbaycanı nə gözləyir? – Video/Şərh

evez etatistde

Azərbaycanda baş verən sonuncu devalvasiyadan sonra cəmiyyətdə ciddi narahatlıq hiss olunur. Bunun səbəbi həm dollarla kredit götürən vətəndaşların çətinliklə qarşılaşması, həm də qiymətlərin bahalaşmasıdır. Devalvasiyadan sonra ABŞ-ın Azərbaycana sanksiya tətbiq edəcəyi xəbəri isə insanları bir az da narahatlığa sürüklədi.

Politoloqlar 2016-cı ilin Azərbaycan üçün önəmli il olduğunu dəfərlərlə bildirib. 2016-cı ildə ölkəmizi nələrin gözlədiyini ilə bağlı suallarımızı “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya ünvanladıq.

“2016-cı il Azərbaycana müsbət heç nə vəd etmir”

Əvəz Zeynallı Etatist.com-a müsahibəsində sonuncu devalvasiyanı və Qərb-Azərbaycan münasibətlərini təhlil edib və bildirib ki, 2016-cı ilin ölkəmiz üçün çox ağır olacaq:

“Mən istəyərəm ki, bu il ölkəmiz üçün yaxşı olsun, amma real iqtisadi rəqəmlər 2016-cı ilin xalqımız üçün də ağır olacağını deyir.”

“Azərbaycan vaxtı ilə ABŞ-ın İrana tətbiq etdiyi embarqodan da ağır embarqo ilə üz-üzədir. Bizim bəzi özünü bilməz deputatlar, dövlət qurumları, jurnalistlər Avropaya, ABŞ-a nələrsə deyirlər, amma biz anlamalıyıq ki, bizim yolumuz haradır. Biz Rusiyanın yanında ola bilmərik, Rusiya qaranlıq tərəfdir”.

Etatist.com Əvəz Zeynallının video-müsahibəsini təqdim edir:

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button