Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarında yaşayan vətəndaşların nəzərinə

images04.03.2014

Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, baş prokuroru Zakir Qaralov cari il martın 14-də saat 11:00-da Qusar rayon prokurorluğunun inzibati binasında Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcəkdir.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Qusar şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və contact@prosecutor.gov.az  elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button