Yeni Azərbaycan Partiyası ümumrespublika müşavirəsi keçirib

Yeni Azərbaycan Partiyası ümumrespublika müşavirəsi keçirib28.06.2014

Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatında hakim partiyanın şəhər və rayon təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib. AzərTAc xəbər verir ki, tədbirdə baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov, icra katibinin müavinləri – Milli Məclisin deputatları Siyavuş Novruzov, Mübariz Qurbanlı və digər rəsmi şəxslər iştirak ediblər.

Müşavirdə çıxış edən Əli Əhmədov bildirib ki, bu tədbir iki əsas məsələyə həsr olunub: “Birincisi, partiyadaxili məsələləri müzakirə edəcəyik. Biz əvvəlki toplantılarda olduğu kimi ənənəmizi davam etdirərək partiyadaxili məsələləri şəhər və rayon təşkilatları sədrlərinin ümumrespublika müşavirəsində müzakirə edəcəyik. Ötən dövrdə görülmüş işləri qiymətləndirəcək, qarşıda duran vəzifələri müəyyənləşdirəcək və buna müvafiq olaraq fəaliyyət göstərəcəyik.

İkinci məsələ isə bu ilin dekabrında keçiriləcək növbəti bələdiyyə seçkiləri ilə əlaqədardır. Müşavirədə bu məsələ ilə əlaqədar YAP-ın və yerli təşkilatlarımızın qarşısında duran vəzifələri müzakirəyə edəcəyik. Bələdiyyə seçkilərinə az vaxt qalıb. YAP bundan xeyli əvvəl bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar öz proqramını ümumi şəkildə açıqlayıb. Bizim yerli təşkilatlarda da müvafiq hazırlıq işləri aparılmaqdadır. Qarşımıza qoyduğumuz məqsəd ondan ibarətdir ki, növbəti bələdiyyə seçkilərində də hakim partiya ənənəsinə uyğun olaraq qələbə çalsın və yerli özünüidarə orqanlarında YAP-ın nümayəndələrinin yüksək təmsilçiliyini təmin edə bilsin. Əminik ki, biz buna nail ola biləcəyik. YAP-ın qələbə qazanması üçün kifayət qədər əsaslar var”.

YAP-ın şəhər və rayon təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi işini müzakirələrlə davam etdirib.

http://www.mediaforum.az/az/2014/06/28/Yeni-Azərbaycan-Partiyası-ümumrespublika-müşavirəsi-043714175c00.html#.U68C8B-SjZI

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button